Naxçıvan nümayəndəliyinin rəhbəri Erkan Özoralla görüşüb FOTO

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov aprelin 13-də Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla onun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb. SİA-nın verdiyi məlumata görə, Bəxtiyar Əsgərov ölkəmizdəki fəaliyyəti dövründə iki qardaş ölkə arasında dostluq münasibətlərinin, hərtərəfli strateji əlaqələrin, eyni zamanda, muxtar respublika ilə qurulmuş yüksək səviyyəli əlaqələrin daha da möhkəmlənməsində, genişləndirilməsində və hərtərəfli sıx əməkdaşlığın inkişafındakı xidmətlərinə görə səfir Erkan Özorala Naxçıvan Muxtar Respublikası adından təşəkkür edib.

Erkan Özoral fəaliyyəti dövründə onunla əsl dostluğa, qardaşlığa, səmimi əməkdaşlığa və göstərilən yüksək diqqətə görə şəxsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova və Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinə dərin minnətdarlığını ifadə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə