Rusiyanı Beynəlxalq məhkəmələrdə Baş Prokurorluq təmsil edəcək

Rusiya rəhbərliyi, Baş Prokurorluğa ölkəni beynəlxalq məhkəmələrdə təmsil etmək səlahiyyətini vermək qərarı verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin rəhbəri Konstantin Çuyçenko departamentin kollegiyasında deyib.

"Bu il ölkə rəhbərliyi beynəlxalq və xarici məhkəmələrdə Rusiyanın maraqlarını təmsil edən funksiyaların, arbitrajların Rusiya Federasiyası Baş Prokurorluğuna verilməsi barədə qərar qəbul edib. Rusiya Ədliyyə Nazirliyi, mümkün qədər tez, ləngimələr və ya uğursuzluqlar olmadan bu prosesin baş tutması üçün hər şeyi edəcək. Gələcəkdə həmkarlarımıza hər cür dəstəyi göstərməyə hazırıq", deyə Çuyçenko bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...