Hərbi Qənimətlər Parkı xalqımızın tarixi qalibiyyətinin simvollarından biridir - AÇIQLAMA

"Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışındakı çıxışında son yüz illik tariximizin qısa xülasəsini verməklə milli yaddaşımızı bir daha obyektiv əsaslarda yeniləmiş oldu. Əlbətdə ilk baxışda bu keçmiş Dağlıq Qarabağ problemi və onun ətrafında baş verən hadisələr üzərindən şərh edilsə də əslində yüz illik siyasi tariximizin kritik mərhələlərində alınan siyasi qərarların izahı və təhlili idi. Konseptual yanaşma , analiz –sintez və tarixi müqayisəli analiz metodları vasitəsilə dərin analitik təhlil apararaq nə qədər mürəkkəb mərhlələrdən keçərək ərzazi bütövlüyümüzü bərpa edə bildiyimizi izah etmiş oldu". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, istər Xalq Cümhuriyyəti, istərsə də Sovet dövründə ermənilərin bütün mümkün vasitələrdən istifadə etməklə Qrabağı nəzarətimizdən çıxarmağa cəhd etdikləri bir daha aydın şəkildə ifadə edildi: "Prezident İlham Əliyevin sovet dövrü tariximizə qısa ekskursiya etməsi və bir daha Qarbaçov dönəmində yəni 1987-ci ildə böyük dövlət xadimi Heydər Əliyevin SSRİ-nin rəhbərliyindən istefa verməsindən sonra ermənilərin Qarabağ məsələsii gündəmə gətirmə cəsarətini göstərmələrini Ulu Öndərin yoxluxunu fürsət bilmələri ilə əlaqələndirdi".

H.Babaoğlu vurğulayıb ki, doğurdan da ermənilər hesab edirdilər ki, artıq Heydər Əliyevin proseslərə təsir imkanları məhdudlaşdırılıb və onlar asanlıqla Qarabağı ələ keçirə bilərlər: "Ona görə də Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri Aqambekyan ilk dəfə Fransada bu məsələni qaldırmaqla prosesə start verdiyini zənn etdi. Ancaq ermənilər yenə səhf etmiş, Heydər Əliyev faktorunu düzgün qiymətləndirə bilməmişdilər. Tarix sübut etdi ki, məhz Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev tarixi ədaləti bərpa etdi. Ermənilər və onların havadarlarının yüz il ərzində qurduqları işğalçılıq strategiyasını və Qarabağı Azərbaycandan qoparmaq niyyətlərini alt-üst edib tarixin arxivinə göndərdi. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, biz bu tarixi qüruru əbədi olaraq yaşayacağıq. Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevirildi. Azərbaycan Ordusunun gücünün, qüdrətinin göstəricisi, eyni zamanda erməni işğalçı ordusunun biyabırçı məğlubiyyətinin bütün dünyaya nümayişi oldu".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...