Hər dəfə ABŞ-da “eşşəklər” (demokratlar) hakimiyyətə gələndə ermənilərin evlərində bayram əhval-ruhiyyəsi yaranmağa başlayır. Maraqlı odur ki, bir yandan “ayıya dayı” deyən ermənilər digər tərəfdən mütəmadi olaraq “eşşəyi” minməyə çalışırlar. Amma tarix göstərir ki, “ayı” erməniyə zay “armud” verir, “eşşək” isə özünü hər dəfə eşşəkliyə qoyur və ermənilərə şıllaq atır.
Beləliklə, ermənilər özlərini yer kürəsində az qala meymunlarla müqayisə edərək ən qədim primat sayıb, bir tərəfdən “ayının” bacısı oğlu olurlar, ata tərəfdən isə “eşşək” olduqlarına and içirlər.
Ermənilərin “ayının” nə dərəcədə yaramaz qohumu olması haqqında artıq çox yazılıb və deyilib. Biz isə çalışacağıq ermənilərin ABŞ Demokratlarını özlərinə necə yaxın etmələrin araşdıraq...
“Eşşəklər” unutmamalıdırlar ki, onları parçalayan “canavarlar” da var...
Beləliklə, aprelin 24-nə vaxt azaldıqca ermənilər demokratların “eşşək” yüklərini artırmağa çalışırlar ki, həmin gündə ABŞ-da “genosid” sözü car çəkilsin. Və əslində, ABŞ-ın indiki rəhbərliyinin tamamilə qeyri-adekvat vəziyyətdə və reallıqları düzgün qiymətləndirmək iqtidarında olmadığını nəzərə alaraq, bu səfər ermənilər öz məqsədlərinə nail olmağa bəlkə də çox yaxındırlar.
Amma erməni də, elə “eşşəklər”, yəni demokratlar da unutmamalıdır ki, necə ki, dəvədən böyük fil varsa, “eşşəyi” parçalayan “canavarlar” da var. Bəs görəsən ermənilərin “eşşəklərlə” qohumluğu haradan başlayır..?
ABŞ-ın iki ən iri partiyasından biri olan və qeyri-rəsmi emblemi “eşşək” olan Demokrat partiyası 1828-ci ildə ABŞ-ın 7-ci prezidenti olmuş Endrü Ceksonun tərəfdarları tərəfindən yaradılmışdı. Cekson 15 mart 1767-ci ildə Cənubi Karolina ştatının Uokshou yaşayış məntəqəsində, irland immiqrantı ailəsində doğulub. Və Ceksonun İrlandiya köklərinin olması məhz onun rəhbərlik etdiyi Demokrat partiyasında İrlandiya əsilli siyasətçilərin fəallığına və təsirinə səbəb olmuşdur. Və bu günədək Co Bayden də daxil olmaqla ümumilikdə Demokrat partiyasının 11 irland əsilli nümayəndəsi ABŞ prezidenti seçilib. Amma oxucu fikirləşər ki, irlandların ermənilərə nə aidiyyəti var? Bəs elə ən maraqlısı da budur. Bəzi erməni əsilli və irlandiyalı alimlər hesab edirlər ki, irlandların kökü məhz ermənilərə gedir çıxır və ən təəccüblüsü də odur ki, buna əsas kimi 2005-ci ildə azərbaycanlıların qədim məskunlaşma yeri olan Şahbulaq qalasında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş Alban xaçkarlarını əsas gətiriblər. Bundan əlavə Oksfordun professoru Stefen Openheymer hesab edir ki, Dağlıq Qarabağ və Zəngəzur əhalisi İrlandlarla eyni spesifik genetik xüsusiyyətləri bölüşürlər. Erməni mənşəli Britaniyalı alim Ceykob Gazaryan isə hətta irlandları ermənilərə bağlayan “Ermənistandan İrlandiyaya Səyahət” adlı bir kitab da nəşr edib. Amma əslində, bu alimlərin istinad etdikləri ərazilərin məhz qədim Azərbaycan əraziləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, irlandların ulu babaları elə Azərbaycanlılar olub…
Ana tərəfdən “ayı”, ata tərəfdən isə “eşşək” olan ermənilər bu dəfə son dərəcə ümidli və həvəslidirlər...
Amma həmişəki kimi ermənilər qabağa düşüb və irlandları da belə aldadaraq, ABŞ-da yaşayan irlandların ən nüfuzlu birlikləri sayılan Hibernianların Qədim Cəmiyyəti (Ancient Order of Hibernians) adlı təşkilatı ilə daimi sıx əməkdaşlıq ediblər. Və nəhayət 2009-cu ildə ABŞ-da ilk Erməni-İrland Forumu keçirilmişdir. Həmin konfrans Amerikanın Erməni Milli Komitəsi ilə Hibernianların Qədim Cəmiyyəti arasında əməkdaşlığın təməlini rəsmi olaraq qoymuşdur. Özü də fikir versək, bu Forumun özü belə Demokrat Obamanın hakimiyyəti dövründə baş vermişdir. Həm də deyilənlərə görə Obamanın atası kenyalı anası isə müəyyən dərəcədə irlandiyalı olub.
Beləliklə ana tərəfdən “ayı”, ata tərəfdən isə “eşşək” olduqlarını iddia edən ermənilər bu dəfə son dərəcə ümidli və həvəslidirlər ki, Co Bayden nəhayət ki, ermənilərin arzusunu gerçəkləşdirərək və onları rəsmi olaraq “dünyanın ən yazıq milləti” elan edəcək. Və ermənilərin belə ümidləri üçün ciddi səbəblər var. Belə ki, Co Bayden daimi olaraq ermənilərlə sıx əlaqədə olub və vaxtı ilə ermənilərin təzyiqi ilə Azərbaycanın əleyhinə yönəlmiş 907-ci düzəlişin qəbul olunması təşəbbüskarı olub. Bundan əlavə, Bayden 2020-ci ildə Tvitterdə paylaşdığı bəyanatında demişdi: “... Prezident seçildiyim halda, mən “erməni genosidini” tanıyan qətnamənin qəbul edilməsini dəstəkləməyi söz verirəm....”
Vitse-prezident Kamala Harris isə, öz növbəsində, 2018-ci ildə paylaşdığı tvitində rəsmi olaraq “erməni genosidi” haştağına goşulmuşdur: Bundan əlavə Kamala Harris 2018-ci ildə ABŞ Konqresi tərəfindən “Erməni Genosidinə dair qəbul olunmuş 136 saylı qətnamənin həmsponsoru olmuşdur.
Rəsmi olaraq, ABŞ-ın xarici siyasətinə məsul şəxs olan sorosçu Entoni Blinken də digərlərindən geriyə qalmır.
Hələ Corc Sorosun protejesi olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikeri demirik...
Namizədliyinə dair Konqresdəki dinləmələr zamanı o, Bayden tərəfindən qondarma erməni genosidinin tanınacağına dair əminlik yaratmağa çalışmışdır.
Hələ Balkan ölkələrindəki siyasətinə görə “AXMAQ” adlandırılan və Corc Sorosun protejesi olan ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Rikeri demirik...
Bu şəxs vətən müharibəsi zamanı mütəmadi olaraq Türkiyəni Azərbaycana silah və döyüşçü göndərməkdə ittiham edirdi. Özü də bu ermənipərəst 15 mart 2021-ci ildə Xarici İşlər Naziri Ceyhun Bayramovla telefonla danışmışdı. Maraqlıdır ki, o danışıqlarda bu adam Azərbaycan üçün faydalı ola biləcək hansı bir məsələləri qaldıra bilər axı?
Amma ABŞ-ın yeni hökumətinin erməni sevgisi bunlarla da bitmir. Baydenin ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAİD) yeni rəhbəri kimi görmək istədiyi yenə də əslən irland olan və Baydenlə qarşılıqlı sevgi hissləri duyan Samanta Pauer ümumiyyətlə Türkləri faşist adlandırmışdır (SİA bu haqda aşağıdakı linkdə ətraflı yazmışdı)
https://sia.az/az/news/politics/856893.html
Yeri gəlmişkən ABŞ tanınmış siyasətşünas Yan Bremmerə məxsus “GZERO Media” portalı 22 mart tarixində Ağ evdəki mənbələrə istinadən belə bir məlumat yaymışdı ki, Ağ Ev qondarma genosidi tanımağa hazırlaşır.
Xatırlada bilərik: Milli Demokratlar İnstitutu, Sülh Korpusu, Açıq Cəmiyyət İnstitutu, Şərq-Qərb İdarəetmə İnstitutu və sairləri
Beləliklə, bütün bu məlumatları nəzərə alaraq, fikrimizcə, Türkiyə və Azərbaycan dərhal hərəkətə keçməlidir, özü də sırf xəbərdarlıqlarla deyil, əməli fəaliyyətlərlə. Məsələn Azərbaycan hökuməti USAİD də başda olmaqla ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən bütün təşkilatlarının fəaliyyətlərini dərhal dondura bilər. Və həmin təşkilat bilməlidir ki, Azərbaycandakı gələcək fəaliyyətləri ABŞ hökumətinin qondarma genosidə dair bəyanatından asılı olacaq (?!). Onsuz da həmin təşkilatların qanunsuz və əsasən destruktiv fəaliyyətləri hamıya belə də aydındır və ölkəmiz bu hallarla mütəmadi üzləşib. Xatırlada bilərik: Milli Demokratlar İnstitutu, Sülh Korpusu, Açıq Cəmiyyət İnstitutu, Şərq-Qərb İdarəetmə Institutu və sairləri.
Azərbaycan müstəqil və regionda öz sözünü deyən dövlətdir, yəqin ki, ABŞ-ın siyasi dairələri də bu reallığı bilir və dərk edir. Dəstəyə qalanda isə, bizə bir məsələdə dəstək lazım idi – Qarabağda aparılan Vətən müharibəsində beynəlxalq güclərin hadisələrə doğru, ədalətli münasibət bildirməsi, Azərbaycanın haqlı mübarizəsinə dil uzatmaması, onu da Azərbaycan xalqı məhz qətiyyətli, müdrik Prezidentinin, Ali Baş Komandanının rəhbərliyi ilə özü həll etdi. Bundan sonra kimlərinsə bizim ölkəyə “içkili” burunlarını soxmağa ehtiyacı yoxdur.
Rövşən Nurəddinoğlu,
Aydınoğlu
P.S. Bundan sonra kimlərinsə bizim ölkəyə sərxoş burunlarını soxmağa ehtiyacı yoxdur...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB