Küçəyə çıxma qadağası ABŞ tərəfindən etirazlara görə tətbiq edildi

Küçəyə çıxma qadağası ABŞ tərəfindən etirazlara görə tətbiq edildi

Minneapolis yaxınlığındakı Bruklin-Senter şəhərinin səlahiyyətliləri etirazlara görə komendant saatı tətbiq ediblər. SİA RenTV-yə istinadən xəbər verir ki, bu barədə CNN, şəhər meri Mayk Elliotun rejimə riayət edilməsinin vacibliyi barədə dediklərinə əsasən məlumat yayıb.
Məlumata görə bu tədbir, yəni komendant saatının tətbiqi 20 yaşlı qaradərilinin həbs olunduğu zaman qeydə alınan ölümündən sonra qərarlaşdırılıb. Bildirilir ki, asayişi və qaydaları təmin etmək üçün ştatın Milli Qvardiyası şəhərə göndərilib. Qeyd olunur ki, hadisə əvvəllər nümayişçilərlə hüquq-mühafizə orqanları arasında davalara səbəb olmuşdu.
"Bruklin-Senter şəhərində 12 aprel bazar ertəsi günü saat 01: 00-dan 06: 00-a qədər komendant saatı tətbiq olunur", deyə mer bildirib.
Xatırladaq ki, haqqında qeyd olunan gəncin ölümündən bir neçə saat sonra yüzlərlə insan küçələrə axışıb. Etirazçılarla polis arasında toqquşma olub, bir neçə patrul maşını zədələnib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qəzəbli izdihamı dağıtmaq üçün rezin güllələrdən istifadə etməli olublar.
Diqqətə çatdıraq ki, keçən il Minneapolisdəki oxşar etirazlar afroamerikalı Corc Floydun ölümündən sonra başlamışdı. O da polis tərəfindən saxlanılarkən öldürülmüşdü. İnsanlar polis vəhşiliyinə son qoyulmasını tələb ediblər. Bu hadisələrdən sonra ABŞ hüquq-mühafizə sistemində islahatların aparılmasının vacibliyini müzakirə obyektinə çevrilib.
Göründüyü kimi, dünya ölkələrinə demokratiya, söz azadlığı və bu kimi ali dəyərlər dərsi keçməyə çalışan ABŞ, öz daxilində etirazçılara qarşı zor tətbiq edilməsinin fərqindədir və bir növ bunu etiraf edir. Nəzərə çatdıraq ki, bu həmin ölkədə ikinci belə haldır ki, bu zaman insan həyatına son qoyulub. Heç şübhəsiz ki, ABŞ öz ölkəsindən başqa hərhansı bir ölkədə belə bir halın müşahidə olunması fonunda sanksiyalar belə tətbiq edərdi. Məsələn, Rusiyaya qarşı Navalnı məsələsində sərt təpgi nümayiş etdirən ABŞ öz ölkəsində bundan daha ağır nəticələrlə nəticələnən, özü də ikinci dəfə təkrarlanan halı etiraf edir. Amma hansısa ölkə bu hadisəyə, hala görə ABŞ hökumətinə qarşı hərhansı sanksiya tətbiq etməyib və bu ölkə səlahiyyətliləri elə hesab edirlər ki, belə bir şey ola da bilməz. Bu isə demokratiya, özü də nümunəvi demokratiya sayıla bilməz, necə ki, sayılmır da.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə