Müsavatçı Əli Kərimlini və Cəmil Həsənlini dərhal istefaya çağırdı VİDEO + ŞƏRH
Qabil Rzayev: “Yəni bir insan öz qadınına, öz qızına, öz ailəsinə aid namusuna sahib çıxmazmı?”
Sözdə Azərbaycanın “ana müxalifət liderləri” qismində özlərini zorən ictimai rəyə sırıyan iki fərdin – AXCP sədri Əıi Kərimlinin və “Milli Şura”nın sədri Cəmil Həsənlinin elə müxalifət cinahında yer alan digər müxalifət təmsilçiləri tərəfindən dışlanması prosesinə start verilib. Əbəs deyil ki, son zamanlar bir-birini daha tez-tez əvəzləməyə başlayan müxalifətdaxili çəkişmələrə daha bir səbəbin, məhz Cəmil Həsənlinin qızına aid məlum, rüsvayçı videoların sosial şəbəkələrdə yayılmasıdır. Daha dəqiq desək, bu məsələnin sürətlə ictimailəşməsinin ardınca bir-birlərinə qarşı mehriban düşmən rolunda çıxış etmələrinə rəğmən, hətta müxtəlif məsələlərdə AXCP və “Milli Şura” ilə bir araya gələn Müsavat partiyasının aparıcı təmsilçiləri də öz etirazlarını səsləndirməyə başlayıblar. Etiraz və hiddət isə yalnız bir məxrəcə doğru yönəlib – Əli Kərimli və onun əlaltısı Cəmil Həsənli Azərbaycanın ictimai-siyasi səhnəsini dərhal tərk etməli, istefaya getməlidirlər.
“Azərbaycanın ictimai-siyasi səhnəsini rahat buraxın, Azərbaycan xalqını rahat buraxın”
SİA xəbər verir ki, artıq bununla bağlı irəli sürülən tələblər sosial şəbəkələrdə ard-arda olaraq diqqətə çatdırılır, hər iki fərdin bütövlükdə müxalifətə, həmçinin Azərbaycanın milli dəyərlərinə zərər vurduqları açıq-aydın vurğulanır. Mövzu ilə bağlı təqdim etdiyimiz videogörüntüdə Əli Kərimli-Cəmil Həsənli cütlüyünə müraciət edənlərdən biri də Müsavat partiyasının İsveçrədə yaşayan funksioneri, “Avropa Azərbaycanlıları Milli Birlik Şurası”nın sədri Qabil Rzayevdir. O öz çıxışında qeyd edib ki, bu gündən sonra nə Cəmil Həsənlinin, nə də Əli Kərimlinin Azərbaycanın ictimai-siyasi həyatında söz demək ehtimalları sıfır dərəcəsində də deyil, hətta sıfır həddinin altındadır. SİTAT: “Əgər onlara “sizlər öz ailənizə sahib çıxa bilmirsinizsə, sabah Azərbaycan cəmiyyətinə necə sahib çıxacaqsınız?” sualını versələr, onlar heç bir cavab verə bilməyəcəklər. Yəni bir insan öz qadınına, öz qızına, öz ailəsinə aid namusuna sahib çıxmazmı? Sən buna sahib çıxa bilmirsənsə, Azərbaycan xalqının namusuna necə sahib çıxacaqsan? Əli Kərimli və Cəmil Həsənli olmaqla, sizdən çox xahiş edirəm, əgər xahişimi nəzərə almırsınızsa, tələb edirəm ki, Azərbaycanın ictimai-siyasi səhnəsini rahat buraxın, Azərbaycan xalqını rahat buraxın. Sizi siyasi və ictimai fəaliyyətdən istefaya dəvət edirəm”.
“Siz bu səhnədə gəncliyin, Azərbaycanın milli ideologiyası ilə təşkilatlanmanın önünü kəsirsiniz”
Müsavatçı funksioner hər iki fərdin cəmiyyətdən kənarda dayanmalarını istəyib, həmçinin tələb edib ki, ölkədə normal müxalifətin fəaliyyətinin qarşısını məhz bu adamlar kəsirlər, onlar iqtidarla sağlam rəqabətin yaranmasına şərait yaratmırlar. Habelə, Qabil Rzayev AXCP və “Milli Şura” sədrlərinin ölkə gəncliyinin də həyatlarını zəhərlədiklərini, gənclərin baxışlarını yanlış yola cəlb etdiklərini bildirib. “Bu cəmiyyətin yaxasından əllərinizi çəkin. İcazə verin iqtidarla daha düzgün, daha dolğun rəqabət apara biləcək milli müxalifət yarana bilsin. Siz bu səhnədə gəncliyin, Azərbaycanın milli ideologiyası ilə təşkilatlanmanın önünü kəsirsiniz. Əgər siz Azərbaycanı sevirsinizsə, ictimai-siyasi fəaliyyətinizdən dərhal geri çəkilin”.
“Əli Kərimli belə Cəmil Həsənlinin heç bir kitabını oxumayıb”
“Avropa Azərbaycanlıları Milli Birlik Şurası”nın sədri daha bir maraqlı detala toxunmaqla Cəmil Həsənlinin fəaliyyətinin heç bir səmərə verməməsinə, habelə Əli Kərimlinin onun yazdığı kitablardan bixəbər olmasına da işarə edib, üstəlik “Milli Şura” sədrinin sovetlər quruluşundakı kommunizm-partokratçılıq fəaliyyətini də xatırladıb. SİTAT: “Cəmil Həsənlinin özü iki ildir fərqli-fərqli ölkələrdə fərqli-fərqli arxivlərdə tarix sahəsində sözdə araşdırma ilə məşğuldur. Amma mən inanıram ki, hətta Əli Kərimli belə Cəmil Həsənlinin heç bir kitabını oxumayıb. Biz Cəmil Həsənlini sovet dönəmində siyasi icmallarından tanıyırdıq. Cəmil Həsənlini əzbərlənmiş sovet sisteminin xarici siyasətini dəstəkləyəcək nağıllar aləminə səyahər mövzusunda, bir də parlamentdə iqtidarla əməkdaşlığından tanımışıq”, deyən müsavatçı “Milli Şura” sədrini və onu dəstəkləyənləri əxlaqsız da adlandırıb. “Cəmil Həsənlini və Əli Kərimlini prinsipi olmayan əqidəsi olmayan, milli məfkurəyə xəyanət etmiş, əxlaqsız, prinsipsiz, davasız bir insanlar kimi tanıyırıq və sizdən xahiş edirik ki, Azərbaycan cəmiyyətini, Azərbaycan siyasətini rahat buraxın”, deyə o qeyd edib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB