Milli Məclisin deputatı Azay Quliyev bu gün Belçikanın paytaxtı Brüselə səfər edəcək. Milli Məclisin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, millət vəkili Avropa Parlamentində Belçika – Azərbaycan Dostluq Cəmiyyəti ilə Azərbaycanlılar və digər Türk Xalqları Əməkdaşlığı Mərkəzinin birgə təşkil etdiyi kofransda iştirak edəcək.
Tədbirdə "Avropa Birliyi – Azərbaycan əməkdaşlığı; geosiyasi gerçəklər" mövzusunda məruzələr dinləniləcək.
Səfər mayın 27-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB