Fransa NATO-nun Liviyada keçirdiyi əməliyyatları dəstəkləyir

Fransa NATO-nun Liviyada keçirdiyi əməliyyatları dəstəkləyir

Fransa Liviyaya hücum əməliyyətına dəstək verir. SİA-nın məlumatına görə, Fransa NATO əməliyyatı çərçivəsində Liviyaya 12 vertolyot göndərəcək.

Fransanın \"Le Fiqaro\" qəzetində dərc edilən məlumatda bildirilir ki, Fransa NATO-nun Liviyadakı hərbi əməliyyatlarına dəstək vermək məqsədilə 12 vertolyotunu Liviyaya göndərib. Fransız hərbi gəmisi Tonnere yüklənən 12 vertolyot mayın 17-də yola çıxıb.

Fransanın diplomatik nümayəndələrindən biri vəziyyəti bu cür şərh edib: \"Fransadan Liviyaya vertolyot göndərilməsi, hardasa NATO-nun hərbi əməliyyatlarına dəstək kimi qəbul edilə bilər. Bu doğrudur, amma bunu da qeyd etmək lazımdır ki burada hər şey fransız vertolyotlarının üzərində cəmləşmir. Bütün bunlar çox dərin və NATO səviyyəsində bir hərəkatın üzdə olan hissələridir\".

Bütün xəbərlər Facebook səhifəmizdə