Prezidentin məzarı açılıb

Çilinin keçmiş prezidenti Salvador Allendenin məzarı açılıb. SİA-nın məlumatına görə, mərhum prezidentin ölümü ilə bağlı bəzi məsələlər araşdırılır. Belə ki, Allendenin1973-cü il sentyabrın 11-də öldürüldüyü, yoxsa intahar etdiyi hələ də məlum deyil. Bu sualın cavab tapması məqsədilə başladılan istintaq işinin gedişatına uyğun olaraq eks-dövlət başçısının məzarı qazılaraq cəsədi çıxarılıb.

Fevral ayında başlayan istintaqın ilk nəticəsi haqda fikir irəli sürən bəzi mütəxəssislər tərəfindən bu hal normal qarşılansa da, qərara qarşı çıxanlar da az olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə