Ermənistan Müdafiə Nazirliyinin giriş və çıxışları bağlanılıb

Ermənistan Müdafiə Nazirliyinin giriş və çıxışları bağlanılıb

Qarabağda hərbi əməliyyatlar zamanı itkin düşənlərin yaxınları Ermənistan Müdafiə Nazirliyinin binasının girişlərini bağlamağa davam edirlər. SİA xəbər verir ki, bu barədə RİA Novostinin müxbiri məlumat verib.
Məlumata görə, etirazçılar cümə axşamı səhər saatlarından bəri binaların giriş və çıxışlarını avtomobillərlə bağlayıblar. Polis əməkdaşları da orada xidmətdədirlər.

Qeyd edək ki, bir qədər əvvəl Sputnik Ermənistan 8 aprel tarixində Müdafiə Nazirliyinin heç bir əməkdaşının binadan çıxa bilmədiyini bildirmişdi.

Nəzərə çatdıraq ki, itkin düşənlərin qohumları vaxtaşırı hökumət və müdafiə nazirliyi binalarının qarşısında etiraz aksiyaları keçirir, axtarış işlərinin sürətləndirilməsini tələb edirlər.

Xatırladaq ki, 2020-ci il sentyabr ayının sonunda Ermənistan tərəfinin təxribatları nəticəsində Dağlıq Qarabağda yenidən uzun müddət davam edən qarşıdurmanın davamına çevrilən və mülki əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatları yenidən başlamışdı. Tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd etsələr də, 10 noyabr gecəsi əldə edilən üçtərəfli razılaşmanın müvəffəq olduğu ortaya çıxıb. Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması və əsirlərin, eləcə də ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər. Bundan əlavə, bölgədə rus sülhməramlıları da var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə