İrəvan-Bakı resyi: Azərbaycanın mövqeyi daha sərt, daha qətiyyətlidir! ANALITIK+AKTUAL
Və ya erməni diversant-terrorçularının təyyarələri niyə boş uçur?
Məlum olduğu kimi, Nikol Paşinyanın Putinlə görüşündən və Putinin Prezident İlham Əliyevlə telefon danışığından sonra bu gün İrəvandan Bakıya təyyarə uçub. Məqsəd, müharibədən sonra saxlanılan erməni diversantlarının bir hissəsinin Azərbaycan tərəfinin şərtləri əsasında geri qaytarılması olub. Qeyd edək ki, şərtlər açıqlanmasa da, bir sıra xeyrimizə olan ehtimallar mövcuddur. Lakin dünən gecədən erməni KİV-lər də yazırlar ki, təyyarə İrəvana boş qayıdıb. Artıq belə bir ehtimallar da yaranmaqdadır - hər halda yeni proses başlanıb və Azərbaycanın Qarabağl bağlı davam etdirdiyi təzyiq siyasəti öz sözünü deməkdədir.
Azərbaycan XİN isə təyyarənin nəyə görə İrəvana "əsirlərsiz" qayıtmasına aydınlıq gətirib. Daha dəqiq desək, erməni diversantlarının bir qismi danışıqlar nəticəsində geri qaytarılmalıydı, AMMA..‼
Azərbaycanda ermənilərin müharibə əsirləri yoxdur
Amma buna qədər, Ermənistanın hakimiyyət dairələri bütün dünyaya car çəkərək yalan yaydı ki, guya Azərbaycan onlar tərəfindən göstərilən "təzyiqlər" vasitəsi ilə "əsirləri" geri qaytarır və bu, Nikol Paşinyanın seçkiöncəsi uğurudur.
Lakin həqiqət belədirmi? Yaxud, Azərbaycan erməni tərəfinin iddialarına qarşı hansı addımını atdı? Bəli, - məhz İrəvandan Bakıya gələn təyyarəni bom-boş şəkildə İrəvana geriyə qaytardı. Belə ki, Azərbaycanda ermənilərin müharibə əsirləri yoxdur və ötən il noyabrın 10-da əldə edilən atəşkəs razılaşmasından sonra diversiya məqsədi ilə torpaqlarımıza soxulan, mülkilərimizi, hərbçilərimizi hədəfə alan və nəticədə ələ keçirilən diversant-terrorçular var.
Daha bir məsələ - əgər Ermənistan tərəfi nə zaman "əsirləri" deyil, diversant-terrorçularını geri qaytarılmasını xahiş edərsə, eləcə də, bəyanatın pozmalarına görə tərəfimizdən irəli sürülən digər şərtlərimizi qəbul edərsə, məhz bu zaman həmin xahişə bələ (!) baxıla bilər. Lakin buna qədər İrəvan-Bakı təyyarəsi yalnız boş şəkildə uçmağa davam edəcək. Hərbi əsirləri isə Azərbaycan Ermənistana çoxdan qaytarıb.
Rusiya və erməni vassalları Zaqafqaziyadakı yeni reallıqlarla barışmağa məhkumdurlar
Daha bir xatırlatmanın edilməsinə ehtiyac var. Belə ki, Azərbaycan Vətən müharibəsindən əvvəl və sonra qardaş Türkiyə ilə müttəfiqliyini daha da gücləndirdi və artıq elə bir ölkə deyilik ki, bizimlə siyasi manipulyasiyalar edilsin, yaxud, Moskvanın ermənilərin maraqlarına oynayan şərtləri üstünlük təşkil etsin. Əslində isə ermənilərin diversant-terrorçuları üçün göndərdikləri təyyarələrinin Bakıdan İrəvana boş qayıtması faktına görə, Rusiya Zaqafqaziyadakı yeni reallıqlarla barışmağa məhkumdur. Misal üçün, bir müddət əvvəl Rusiya müdafiə nazirinin müavini Bulqakov Qarabağa Azərbaycanı xəbərdar etmədən, Ermənistan üzərindən səfər etdi. Buyurun, bu da həmin səfərə verilən cavablardan biri!
Əslində isə bu, Prezident İlham Əliyevin həm Rusiyanın elə də etibarlı görünməyən addımlarına, xüsusilə də onların erməni vassallarına verdiyi qətiyyətli cavabı idi. Bundan əvvəl isə, “İskəndər M” raketlərinin ifşa olunması idi. Ruslar deyirlər ki, ermənilərə ixracı qadağan edilən “İskəndərləri” ötürməyib. Ötürməyibsə, demək ki, içində Rüstəm Muradovdan başqa kimsə olmayan boş təyyarələr İrəvan-Bakı resyi ilə boş uçub, boş da qayıtmalı olacaq. Hər halda, Azərbaycanın üçtərəfli razılaşmada tələb edilən şərtlərinin dərhal yerinə yetirilməsi vaxtı, zamanı yetişib və bu dəfə rəsmi Bakının mövqeyi daha sərt, daha qətiyyətlidir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB