Etirazçı erməni qadınlar tutulub polisə aparılıb

Hökumət binası xaricində qadınlar da daxil olmaqla 15 nümayişçi polisə aparılıb. SİA Ermənistana məxsus armenianreport.com saytının məlumatına istinadən xəbər verir ki, bu barədə “Novosti-Armeniya” agentliyinə Polis İdarəsinin İctimaiyyətlə əlaqələr və məlumat şöbəsinin müdir müavini Edqar Janoyan məlumat verib.

Qeyd edək ki, analıq və gözəllik günündə Ermənistan rəhbərliyinə qarşı etiraz aksiyası "VETO" ictimai-siyasi hərəkatının üzvləri olan erməni qadınlar tərəfindən təşkil edilib. Aksiya Aznavour meydanından yürüşlə başlayıb və bundan sonra iştirakçılar şəhərin mərkəzindəki hökumət binasına çatıblar.

Diqqətə çatdıraq ki, hökumət binası qarşısında vəziyyət daha da pisləşib, qadınlar onlara binaya girmə imkanı verməyi polisdən tələb ediblər. Polis isə hökumət binasıının qapıları özünüdə mühafizə səddi qurub və aksiya iştirakçılarına mane olub. Bir sözlə, etirazçılar polisin müqaviməti ilə qarşılaşıblar. Belə olan halda etirazçılar hökumət binasına yumurta atmağa başlayıblar. Polis də öz növbəsində etirazçıları qovmaq, tabesizlik göstərənləri də tutub aparmaq qərarına gəlib.

Bundan sonra qadınlar hökumət binasından mərkəzi polis idarəsinə doğru hərəkət ediblər və tutulan etirazçılara dəstək olduqlarını bildiriblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə