Şoyqu erməni həmkarı ilə müzakirə aparıb Mövzu Qarabağ

Rusiyanın müdafiə naziri Sergey Şoyqu erməni həmkarı Vaqarşak Arutyunyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, müdafiə nazirləri telefon danışıqlarında Qarabağda nizamlanmanı və digər aktual məsələləri müzakirə ediblər.

Xatırladaq ki, Dağlıq Qarabağda münaqişənin kəskinləşməsi 2020-ci ilin sentyabrında Ermənistan tərəfinin təxribatlarından sonra başlayıb. İşğalçı ölkənin işğalçılıq cəhdlərinə cavab olaraq hərbi əməliyyatlar başlayıb və Azərbaycanın mükəmməl qələbəsi ilə bitən müharibə 44 gün davam edib. 9 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan liderləri 10 noyabr 2020-ci il tarixindən etibarən tamamilə atəşkəs və Dağlıq Qarabağ münaqişəsi zonasındakı bütün hərbi əməliyyatların dayandırılması elan edildiyi barədə bir müqavilə imzalayıblar.

Onu da diqqətə çatdıraq ki, bir qədər əvvəl Şoyqu Türkiyənin müdafiə naziri ilə Suriyadakı vəziyyəti müzakirə etmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə