"Həyat Üçün Müxalifət Platforması" partiyasından olan Radanın millət vəkili Renat Kuzmin Zelenskinin Ukrayna Prezidenti kimi izlədiyi əsas hədəfdən danışıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə millət vəkili "Birinci Müstəqil" kanalda bəyan edib.
Onun sözlərinə görə, televiziya kanallarına və partiyalara qoyulan qadağa ölkədəki dövlət hakimiyyətini qəsb etmək məqsədi daşıyır.
"Ölkədəki hakimiyyətin ələ keçirilməsi və ya hakimiyyətin qəsb edilməsi Qərbin kapitalının mənafeyi baxımından həyata keçirilir. Məqsəd Ukrayna sərvətini talamaq, Ukrayna xalqını soymaq və Ukrayna ərazisindən Rusiyaya qarşı mübarizədə istifadə etməkdir", deyə Kuzmin bildirib.
O, qeyd edib ki, bu hərəkətlər ölkədəki media və partiyaların ifadə azadlığını boğur.
Xatırladaq ki, 2 fevral tarixində Ukrayna prezidenti Twitterdə "112 Ukrayna", "NewsOne" və "ZIK" telekanallarına, eyni zamanda onların sahibinə, "Həyat Üçün Müxalifət Platforması" partiyasının deputatı olan Taras Kozaka sanksiya tətbiq edilməsi barədə qərarını elan edib. Sanksiyalara aktivlərin dondurulması və lisenziyaların ləğvi daxil olmaqla 12 məhdudiyyət daxildir. Ukrayna liderinin fərmanının yayımlanmasından sonra bu kanalların hamısı yayımını dayandırıb, onlara giriş yalnız YouTube-da qorunub saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB