"Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlayıb" POLİTOLOQ RƏY VERDİ

"Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlayıb" POLİTOLOQ RƏY VERDİ

“Ordumuz tərəfindən sındırılmış Köçaryanın Poznerə verdiyi müsahibə haqqında ilkin nəticə bəzi məqamları ortaya çıxarır”. Bunu SİA-ya açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

“İlk öncə qeyd edim ki, Robertin vəziyyətinə baxıb onun düşdüyü aciz durumdan fərəh hissi duydum. Milyonların qarşısında əzilmiş, ruhu ölmüş bir Robert təsiri bağışladı. Prezident İlham Əliyevin Koçaryan və onun kimilərə vurduğu dəmir yumruq hiss olunurdu.

1. Robert seçkiqabağı kampaniyanı Rusiyanın Birinci kanalına müsahibə ilə başladı. Müsahibənin efirə verilməməsi üçün Paşinyan komandası kanalın rəhbərliyi ilə əlaqə saxlamış, lakin məqsədə çatılmamışdır.

2. Köçaryan Türkiyəni Ermənistan üçün 1 nömrəli təhdid adlandırmış və bildirmiş ki, əgər sərhədlər açılarsa Ermənistan Acaristanın gününə düşəcək, Ankaranın ciddi iqtisadi ekspansiyası ilə qarşılaşacaq.

3. Revanş haqqında suala cavab verən Köçaryan dağılmış erməni ordusu ilə yeni müharibənin qeyri- mümkün olacağını qeyd edib.

4. Qarabağın gələcəyi haqqında danışarkən keçmiş DQMM ərazisinin danışıqlar yolu ilə bərpa ediləcəyinə ümid etdiyini bildirib.

5. Müharibənin başlamasında Nikolu günahlandırıb. Madrid prinsipini öz istəyi kimi şərh edərək, vaxtilə ətraf rayonları DQ -ın statusu müqabilində qaytarmağa hazır olduğunu qeyd edib.

Beləliklə, seçkiqabağı kampaniyasının ilk müsahibəsində Robert Putinin xoşuna gəlməyə çalışıb, Dağlıq Qarabağın statusundan, revanşdan danışmayıb. O, həm də, Azərbaycanın ortaya qoyduğu reallıq qarşısında baş əyib. Müharibəyə qədər sinəsinə döyən və özündən razı şəkildə Qarabağdan danışan Köçaryan bu dəfə “quzu”ya dönüb “mənəm mən” deyə bilmədi.

Rus mediasının Köçaryanın Moskvaya səfərini diqqətdə saxlaması seçkilərin gərgin keçəcəyindən xəbər verir. Çox güman ki, Moskvada baş tutan yüksək səviyyəli görüşdə Koçaryan Ermənistanın gələcəyi ilə bağlı çərçivəyə salınıb. Aprelin 7-si Paşinyanın Putinlə səfəri yəgin ki, Nikolun taleyini həll edəcək.

O ki qaldı Poznerə, proqramın əvvəlində onun Köçaryanı Dağlıq Qarabağın birinci prezidenti adlandırması və bunun efirə verilməsi kanala müsbət heç nə vəd etmir!”-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə