Radikal müxalifət intim videodan divident qazanmaq istəyir DEPUTAT

Radikal müxalifət intim videodan divident qazanmaq istəyir DEPUTAT

“Azərbaycanın müharibədən sonra yaratdığı yeni reallıq bəzilərini narahat edir. Bu kontekstdə son günlər şəxsi həyatla bağlı yayılan videolar müzakirə olunmaqdadır”. SİA-nın məlumatına görə, bunu millət vəkili Bəhruz Məhərrəmov parlamentdəki çıxışı zamanı Cəmil Həsənlinin qızının sosial şəbəkədə yayılmış intim videosu ətrafında radikal müxalifət dairələrinin divident qazanmaq cəhdlərini tənqid edərkən deyib.

“Bəli, şəxsi həyat toxunulmazdır və konstitusiya ilə qorunur”, bildirən deputat həmçinin qeyd edib ki, bununla bərabər, bir sıra şəxslər heç bir sübut olmadan dövləti günahlandırırlar. "İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi dövrdə bu məqamların qarşısını almaq mümkün deyil. Həmin şəxslər məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət etməli idilər və araşdırmanın nəticəsini gözləməlidirlər”, millət vəkili deyib.

Onun sözlərinə görə, onlar sakit şəkildə araşdırmaların nəticəsini gözləməkdənsə, özlərinə siyasi dividend qazanmaq istəyirlər.

“30 illik işğala son qoymuşuq. Prezidentin arxasında xalq dayanır. Hansı rəqabətdən söhbət gedə bilər?”, deputat sonda bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə