Yaranmış geosiyasi reallıqlarla dünyanın nüfuzlu dövlətləri hesablaşırlar - ŞƏRH ÖZƏL

Yaranmış geosiyasi reallıqlarla dünyanın nüfuzlu dövlətləri hesablaşırlar - ŞƏRH ÖZƏL

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Qarabağa səfərləri zamanı bütün dünyaya sülh mesajlarını göndərir və eyni zamanda bölgədə təhlükəsizliyin, həmçinin sabitliyin qorunması üçün görülən tədbirlər barədə həm yerli ictimaiyyəti məlumatlandırır, həm də dünyaya bu istiqamətdə mühüm mesajlar verir. Hazırda regionda yeni geosiyasi reallıqlar yaranıb və bu geosiyasi reallıqlarla dünyanın nüfuzlu dövlətləri, beynəlxalq təşkilatları qəbul edir, hesablaşırlar”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Eskpertin sözlərinə görə, biz onu da müşahidə edirik ki, Ermənistanda revanşist ritorika ilə çıxış edən müxalif-radikal qruplar, dairələr mövcuddur və onlar hazırda əldə olunmuş 10 noyabr bəyanatının maddələri ilə razı deyillər: “Digər tərəfdən cari ilin yanvarın 11-də 4 bəndlik bəyanatın tələblərinin icra edilməməsi istiqamətində fəaliyyət göstərirlər. Lakin buna baxmayaraq Azərbaycanın öz güclü təməl dayaqları və qüdrəti ilə bölgədə olan istənilən təhdidlərin qarşısını almaqda israrlıdır. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət təqdir olunur”.

İ.Hüseynov vurğulayıb ki, Azərbaycan müasir texnologiyaların köməkliyi və peşəkar hərbiçilərinin dəstəkləri ilə istənilən təxribatların, diversiya hərəkətlərinin qarşısını uğurla ala biləcək və bizim hərbi sənaye kompleksləri təchizatçısı kimi tərəfdaş dövlətlərimiz istənilən formada ola biləcək destabiliyyinin qarşısını almaqda Azərbaycana hərtərəfli dəstək olacaqlar: “Azərbaycan həmçinin bu tipli ritorikanın qarşısını almaq və sülhə kölgə salmağa çalışan istənilən qüvvələrin qarşısının almaq üçün hərbi təlimlərini də davam etdirir. Qarsda həyata keçirilən qış hərbi təlimləri ilə yanaşı digər təlimlərin də nəzərdə turulduğunu qeyd edə bilərəm. Bu həm qardaş Türkiyə ilə olacaq, həmçinin Pakistanla da hərbi təcrübənin bölüşdürülməsi və təcrübənin mənimsənilməsi istiqamətində hərbi təlimlərin olacağını biz proqnozlaşdıra bilərik. Ümumilikdə bu tipli təlimlər Azərbaycanda ordu quruculuğunda və döyüş qabiliyyətinin artırılmasında mühüm faktor olacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə