Diplomatların Romadan “qovulmasına” sərt reaksiya Rusiya XİN-dən

Diplomatların Romadan “qovulmasına” sərt reaksiya Rusiya XİN-dən

Rusiyalı diplomatların İtaliyadan qovulması ikitərəfli əlaqələrin səviyyəsinə uyğun deyil. SİA Ren TV-yə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova deyib.

Xarici İşlər Nazirliyində, İtaliyanın dost olmayan addımına cavab tədbirləri alınacağı barədə vəd verilib.

Qeyd olunur ki, indiyə qədər Rusiya Xarici İşlər Nazirliyi bu qərarın səbəblərini araşdırır.

Rusiya səfirliyində də bir diplomatın İtaliyada saxlanılmasına münasibət bildirilib.

"Rusiya səfirliyinin iki əməkdaşının Romadan qovulması ilə əlaqədar təəssüfümüzü ifadə edirik. Bu qərarın təfərrüatlarını aydınlaşdırır və vəziyyəti dəqiqləşdiririk. İkitərəfli səviyyəyə uyğun gəlməyən aksiya ilə əlaqədar mümkün addımlarımız barədə davamlı olaraq açıqlayacağıq", deyə Zaxarova REN TV-yə bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov, Moskvada Rusiya səfirliyinin bir işçisinin Romada tutulmasının səbəbləri və şərtləri barədə bir məlumatın olmadığını söyləmişdi. Görünür artıq bu barədə məlumat tam dəqiqləşdirilib və ictimaiyyət də bununla əlaqədar məlumatlandırılır. Onu da qeyd edək ki, diplomatların Romadan çıxarılması Rusiya tərəfi üçün qəbul edilməz hesab olunur və düşünürlər ki, bu ikitərəfli münasibətlərə xələl gətirə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə