Ölkədəki koronavirusun yayılması ilə bağlı vəziyyəti "kabus" kimidir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Ukrayna Səhiyyə Nazirliyinin xarici müşaviri Olqa Qolubovskaya UNN-ə verdiyi müsahibəsində deyib.
Onun sözlərinə görə, indi Ukraynada xəstəxanalarda xəstələr üçün yer azdır. İnfeksion xəstəliklə üzrə mütəxəssis bir sıra tibb müəssisələrini döyüş meydanı ilə müqayisə edib və bildirib ki, "xəstələr həm ölü kimi, həm də diri-diri yatırlar" xəstəxanalarda.
"Ey insanlar, o zaman evdə ölməyə hazır olun", deyən Qolubovskaya, ölkənin bu anda ancaq səlahiyyətlilər tərəfindən sərt məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi ilə xilas ediləcəyini qeyd edib.
Həkim eyni zamanda bir çox xəstəxanada kifayət qədər oksigen olmadığını vurğulayıb.
Xatırladaq ki, Ukraynanın Səhiyyə Naziri Maksim Stepanovun sözlərinə görə, pandemiya dövründə Ukraynada 1,6 milyondan çox COVID-19 hadisəsi aşkar edilib. Ölkədə 1,3 milyondan çox xəstə sağalıb. Səhiyyə Nazirliyinin rəhbəri ölkədə peyvəndləmə nisbətinin planlaşdırılan qrafikdən təqribən iki dəfə geri qaldığını da qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB