Rusiyanın ABŞ-dakı səfiri Anatoliy Antonov yaxın vaxtlarda Vaşinqtona dönəcəyini gözləyir. SİA RenTv-yə istinadən xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfir özü söyləyib.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov, Antonovun hələ ABŞ-la münasibətlərdəki vəziyyət barədə Vladimir Putinə məlumat verməməsinə diqqət çəkmişdi. Rusiyanın ABŞ-dakı səfiri isə qeyd edib ki, Moskva ilə Vaşinqtonun mübahisələrə vaxtları yoxdur, yığılmış problemləri ortaq şəkildə həll etmək lazımdır. Diplomat qeyd edib ki, ABŞ ilə münasibətlərdəki vəziyyət hələ Rusiyanın maraqlarına cavab vermir.
Onu da diqqətə çatdıraq ki, bir qədər öncə Ağ Ev rəhbəri Co Bayden, Rusiya liderinə sərt bir açıqlama verərək, Putinə ABŞ seçkilərinə müdaxilə iddiası ilə "cavab verəcəyini" vəd edib. Bu baxımdan, Moskvanın ABŞ-ın daxili işlərinə müdaxilə ittihamlarını dəfələrlə rədd etdiyini aydınlaşdırmağa dəyər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB