Hakim partiyanın deputatı mandatından imtina edib Deputat vəzifə təklifi barədə şərh verməyib

Hakim partiyanın deputatı mandatından imtina edib Deputat vəzifə təklifi barədə şərh verməyib

"Mənim addımım" partiyasından olan başqa bir deputat mandatından imtina ərizəsi təqdim edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “Mənim addımım” blokundan vəkil Suren Qriqoryan, “Deputat mandatımdan imtina ərizəsi təqdim etdim”, deyə NEWS.am saytına verdiyi müsahibəsində söyləyib.

Ədliyyə nazirinin müavini təyin ediləcəyinə dair məlumatlara toxunan Qriqoryan, bu cür təyinatların respublikanın baş naziri tərəfindən edildiyini deyib.
"Nə zaman bir qərar olarsa, o zaman nəticə çıxararsınız", deyə millət vəkili bildirib.
Eyni zamanda, Qriqoryan nazir müavini vəzifəsini tutmaq haqda təklif alıb-almaması barədə şərh verməkdən imtina edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə