İslandiya Meteorologiya Departamentinin yaydığı məlumata görə, son dəfə 2004-cü ildə püskürmüş Grimsvötn vulkanı yenidən oyanıb. SİA-nın verdiyi məlumata görə, vulkandan havaya qalxan qatı toz dumanı ölkənin hava məkanında hərəkəti məhdudlaşdırıb. Yerli mənbələrin verdiyi məlumata görə, Grimsvötn vulkanı İslandiyanın cənub-şərqində, insanların az yaşadığı Vatnojokull dağının yaxınlığında yerləşir. 2010-cu ildə püskürən Eyjafjallajokul vulkanı bu ölkənin həyatını iflic etmişdi. Avropanın bir çox ölkəsində təyyarələrin uçuşu qadağan edilmişdi.
Alimlər indi püskürən Grimsvötn vulkanının da eyni fəsadlar törədəcəyini bildirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB