COVID-19 anti-rekordu Ermənistanda 1257 yoluxma, 18 ölüm hadisəsi qeydə alınıb

COVID-19 anti-rekordu Ermənistanda 1257 yoluxma, 18 ölüm hadisəsi qeydə alınıb
25 mart tarixinə qədər Ermənistanda 187 441 təsdiqlənmiş koronavirus hadisəsi qeydə alınıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında informasiya verilib.
İnformasiyaya görə, beləliklə, gün ərzində yeni yoluxma hadisələrinin sayı rekord həddə çatıb və 1257 nəfərdə yoluxma qeydə alınıb. Həmçinin qeyd olunur ki, son sutkada bu ölkədə koronavirusdan 18 nəfər ölüb. Beləliklə, bu vaxta ölənlərin sayı 3416 olub.
Xatırladaq ki, bir gün əvvəl koronavirusa yoluxanların sayı 1164, ölənlərin sayı isə 6 nəfər olub. Bu isə ondan xəbər verir ki, xəstəliyə yoluxma və ölüm hallarında dinamika, artım müşahidə olunmaqdadır. Mərkəzin məlumatına görə, bu vaxta qədər ümumilikdə 822 634 koronavirus testi aparılıb və hazırda 13 427 xəstə müalicə olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə