“Əli Kərimli, çəkil kənara, ayaq altında qalacaqsan” – Misalı İlham Hüseyndən uzaq ...
AXCP sədri Əli Kərimlinin ümummilli maraqlara belə dəstək göstrməməsi bir tərəfə, onun sosial şəbəkələrdəki trolları vasitəsi ilə dövlətin apardığı siyasətə qarşı xainlik nümayiş etdirməsi kimsəyə sirr deyil. Onun və başlarını aldadaraq özünə tərəf cəlb etdiyi trollarının isə ifşaları dəfələrlə sübuta yetirilib.
SİA xəbər verir ki, əsasən Yeni Azərbacan Partiyasının (YAP) fəalları bu kimi məsələlərdə danılmaz faktlar və dəlillər çıxararaq AXCP sədrinin və əlaltılarının ifşalarını həyata keçirib. Belə ki, YAP-ın sosial şəbəkəsində fəallığı ilə seçilən Anar Şahmuradov maraqlı faktlarla Əli Kərimlinin ifşasına nail olub. Bu dəfə söhbət daxili deyil, xarici siyasətə baş vurmaqdan gedir. Daha dəqiq desək, AXCP sədrinin ABŞ və Rusiya prezidentləri – Bayden və Putin arasındakı söz atışmalarını şərh etməsi əslində ölkə ictimaiyyətində kifayət qədər gülüş doğurub. Bu məqsədlə YAP fəalının “Facebook” sosial şəbəkəsindəki statusunu təqdim edirik:
- Dünyanın iki böyük ölkəsinin prezidentləri səviyyəsində yaşanan "söz atışması" nə qədər gülməli olsa da, Əli Kərimli və trollar cəbhəsi tərəfindən xırdalanmaqdadır. O qədər birtərəfli şəkildə Putinə hücum edirlər ki, sanki Cen Psakini Əli Kərimli əvəzləyirmiş və bu dəqiqə də CNN, BBC, Euronews Əli Kərimlinin Putinə "atdığı kəllədən" danışacaqmış, xəbərimiz yox imiş. Belələri haqqında deyilib də, Allah ağıldan başqa hər şey verib...
Təsəvvür edin ki, ABŞ prezidenti Co Bayden rusiyalı həmkarına mesaj ünvanlayıb, Vladimir Putin də siyasi qaydalar çərçivəsində öz münasibətini bildirib. Sonrakı proseslərdə isə dünya mətbuatı və sosial şəbəkələr Putinin Bayden üzərində üstünlüyü haqqında danışmağa başlayıb. Xüsusilə də, ABŞ prezidentinin təyyarəyə qalxarkən büdrəməsi, ABŞ-ın yaşlı vətəndaşlarının Rusiyanın bu ölkədəki səfirliyinə üzrxahlıq məktubları yazması məsələyə əlavə rəng vermişdi.
Əlqərəz, Putinlə Baydenin məsələsi qaydasına düşərkən, ayaq altında qalmış Əli Kərimli gülməli vəziyyətə düşüb. Ağlı gedib cəhbə trollarının təriflərinə, Milli Şuranın online iclaslarına. Guya bu, "fırtına" yaradırmış ki, Putini də çökdürsün. Amma soruşsan ki, rəsmi olaraq AXCP-nin neçə nəfər üzvü var, bilməyəcək. Sonuncu dəfə nə zaman maliyyə hesabatı vermisən, dinməyəcək. Amma nə sirrdirsə, yaman Baydenkeşlik edirlər. Olmaya, Dövlət Departamentinin qrantlarına elçi düşüblər? Ona görəmi "72%" taktikasını işə salıblar? Belə getsə, görünür, Elçibəyi də unudub, Baydenə tapınacaqlar, bu cəbhəçilər. Belələrini xarakterizə etmək üçün söz tapmaq da çətindir artıq...
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB