REAL partiyasının sədri İlqar Məmmədovun Facebook sosial şəbəkəsi vasitəsi ilə yazdığı statusu bir çoxarını düşünməyə və nəticə çıxarmağa sövq edib. SİA xəbər verir ki, İlqar Məmmədov Azərbaycanda boykotun “eşşəyi” ölməsə də, artıq yarımcandır. İndi isə o eşşək daha da öldü” ifadəsində çox ehtimal ki, AXCP sədri Əli Kərimlini nəzərində tutub. Belə ki, Azərbaycanda seçkiləri və eləcə də iqtidarın təşəbbüsü ilə irəli sürülən bir sıra ümummilli maraqları ən çox boykot edən məhz AXCP sədri, eləcə də əlinin altında yedək kimi saxladığı ölü qurum – “Milli Şura”dır.
Bu arada onu da xatırlatmaq olar ki, bir neçə gün əvvəl ölkəmizdə fəaliyyət göstərən müxalifətçi partiya sədrlərinin işğaldan azad edilən torpaqlarımıza səfərinə də qatılmayanlar məhz AXCP sədri Əli Kərimli ilə Müsavat partiyasının başqanı Arif Haclı olub. Onlar Vətən müharibəsi başlayarkən siyasi partiyaar tərəfindən imzalanan və ümummilli, həmçinin dövlətçiliyin müdafiəsinə dəstək bəyanatına da imza atmaqdan mtina etmişdilər. Lakin əgər Əli Kərimli ilə Arif Hacılını müqasiyə edərsək, bu zaman AXCP sədrinin daha çox boykotçu olması təsdiqini tapar. Bu baxımdan, REAL sədri İlqar Məmmədovun məhz Əli Kərimlini nəzərdə tutması ehtimalı özünü kifayət qədər daha çox göstərməkdədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB