Putin və Bayden arasında danışıqla bağlı sualı - Kreml cavablandırdı
Rusiya lideri Vladimir Putin, bazar ertəsi ABŞ prezidenti Co Baydenlə heç bir danışıq planlaşdırmır, Amerika tərəfində bu istiqamətdə hazlıq olmayıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
Xatırladaq ki, bir qədər əvvəl Putin Baydenə bazar ertəsi günü canlı müzakirələr aparmaq təklifi etmişdi.
"Xeyr, bu gün planlarda belə bir şey yoxdur. Əslində, anladığım qədər Amerika tərəfi hazır deyil", deyə Peskov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, Bayden bir qədər əvvəl mətbuatın, rus həmkarını "qatil" hesab edib-etmədiyi barədə sualını cavablandırarkən, “bəli”, deyə cavab vermişdi. O, Putinin Amerika seçkilərinə müdaxilə etdiyi üçün "cavabdeh olacağını" da söyləyib. Rusiya Federasiyası Prezidentinin danışıq təklifinə cavab olaraq Ağ Ev, Bayden və Putinin artıq danışdıqlarını və ABŞ-ın Rusiya rəhbərliyi ilə təmasda olduğunu bəyan edib.
Qeyd edək ki, cümə axşamı Bayden, Ağ Evdə danışdıqdan sonra bir jurnalistin Putinlə danışmağa razı olub-olmayacağına dair sualını cavablandırmaqdan imtina edib. Ancaq ertəsi gün Amerika lideri Putinlə "hansısa anda" danışacağına inandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB