Sərhədlərin açılması məsələsi müzakirə ediləcək Lavrov Çində səfərdədir
Lavrov Çinə səfərə gedib və sərhədlərin açılması məsələsini müzakirə edəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, əsas mövzu iki ölkənin strateji qarşılıqlı əlaqəsi və təmasların ən yüksək səviyyədə təşkil olunmasıdır.
Rusiya xarici işlər naziri Sergey Lavrov Çinin Guylin şəhərinə səfərə yollanıb. Çərşənbə axşamı, Çin Xarici İşlər Naziri Wang Yi ilə danışıqlar aparacaq. Bundan əlavə, koronavirusun yayılmasına qarşı mübarizə üçün tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması məsələsi də müzakirə ediləcək. Hər şeydən əvvəl, bu, ölkələr arasındakı sərhədlərin bağlanmasına aiddir.
Çindən sonra Lavrovun Cənubi Koreyaya gedəcəyi bildirilir.
Qeyd olunur ki, müzakirələrdən əvvəl Lavrov yerli mətbuata bir müsahibə verib, digər məsələlər arasında Çinin Rusiya ilə birlikdə Qərbin ödəmə sistemlərindən imtina etməsini və öz valyutalarını gücləndirməyə çalışmasını təklif edib.
Lavrovun təklifi dollardan mümkün qədər imtina etmək və ödəmələri milli valyutalarda etməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB