“Prezidentin xüsusi nümayəndəlikləri institutu islahatlara xüsusi bir töhfə verəcək” - AÇIQLAMA ÖZƏL

“Prezidentin xüsusi nümayəndəlikləri institutu islahatlara xüsusi bir töhfə verəcək” - AÇIQLAMA ÖZƏL

“Bu ilin yanvarın 19-da cənab Prezident İlham Əliyev "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında" fərman imzalayıb. Sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Jalə Əhmədova deyib.

Deputat bildirib ki, həmin sənəd cənab Prezident tərəfindən işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə imzalanıb: “Həmin fərmandan bir neçə vaxt öncə Milli Məclisə "Dövlət qulluğu haqqında" qanuna dəyişikliklərin edilməsi barədə qanun layihəsi daxil olmuşdu. Qanuna dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına çıxarıldı və yekdilliklə qəbul olundu. Həmin qanuna dəyişiklikdə isə qanunun inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri əlavə edildi. Bununla da Prezidentin xüsusi nümayəndələrinin hüquqi statusu müəyyən olundu.Onu da qeyd edim ki, qanuna dəyişiklik layihəsi dövlət başçısı tərəfindən təsdiqlənib. Hesab edirəm ki, bu institut özünü doğruldacaq və ölkə başçısının həyata keçirdiyi islahatlara xüsusi bir töhfə verəcək”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə