Ermənistanda 22 mart tarixinə təsdiqlənmiş cəmi 184 219 koronavirus halı qeydə alınıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Respublika Səhiyyə Nazirliyinin Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin saytında məlumat yayılıb.
Məlumata görə, gün ərzində yeni yoluxma halının sayı 506 olub. Həmçinin qeyd olunur ki, COVID-19-dan bir sutkada 12 nəfər ölüb. Nəzərə çatdırılır ki, sutka ərzində 3 753 test edilib. Təsdiqlənmiş koronavirus xəstələri arasında bu vaxta qədər ölənlərin ümumi sayı 3360-a çatıb.
Mərkəzin məlumatına əsasən, ümumilikdə, 808 355 koronavirus testi aparılıb. Hazırda 11 278 xəstə müalicə olunur.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB