Pənahəli xan geri döndü, Njde cəhənnəmə getdi! YANDEKSDƏ+FOTOLAR

Pənahəli xan geri döndü, Njde cəhənnəmə getdi! YANDEKSDƏ+FOTOLAR

Rusiyanın Yandeks servisində əks edilən xəritədə erməniləri pəjmürdə edən foto yayımlanıb. SİA xəbər verir ki, məhz ermənilərin ArvVoice teleqram kanalının həmin məlumatı yayması artıq bir çox tanınmış axtarış siistemlərinin dünyaya həqiqəti çatdırdığını sübut edir. Belə ki, Yandesksin xəritəsində işaldan azad olunmuş Şuşa şəhərinin küçələri bütövlükdə azərbaycanlı adları ilə dəyişdirilib. Misal üçün, işğal zamanı ermənilərin terrorçu-faşist Qaregin Njdenin adını verdikləri küçə artıq Şəhər-qalanın təməlini qoymuş Qarabağ xanı - Pənahəli xanın adı ilə əvəzlənib.

Xatırladaq ki, digər beynəlxalq axtarış sistemlərində də buna bənzər faktlar mövcuddur. Ermənilərin sondarma "artsax"ı Qarabağ və Xankəndi adı ilə əvəzlənib. Eləcə də işğaldan azad edilmiş ərazilərimizə tarixi adaları qaytarılıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə