XİN rəhbərindən Novruz təbriki

"Torpaqlarını işğaldan azad edən Azərbaycan yeni baharı, bu Novruzu xüsusi qarşılayır". SİA-nın verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tvitterdə yazıb.

"Vətənimizin bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsini minnətdarlıqla anır, sağlamlığını itirmiş bütün igidlərimizə şəfa diləyirəm. Novruz Bayramınız mübarək olsun!", - nazir qeyd edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə