Ermənistan Baş Naziri Nikol Paşinyan tərəfindən istefaya göndərilən general Qasparyanın vəzifəsində qalmasına qərar verilib. Qasparyan açıq şəkildə Paşinyanın Qarabağ müharibəsindəki uğursuzluq səbəbindən istefasını tələb edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Qasparyanın komandanlığı altında olan erməni ordusu son günlərdə ikinci dəfə Paşinyanın istefasını istəyib. Ordu rəsmilərinin verdiyi açıqlamada Baş Qərargah rəisi general Onik Qasparyanın respublikanın vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlərlə razı olduğunu və 10 martda yayımlanan mesajında verilən tövsiyyələri təlimat olaraq qəbul etdiyini qeyd edib.
Arzu Qurbanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB