"Prezident yüzlərlə məhkuma yeni şans verib ki..." Əfv Komissiyasının üzvü

"Prezident yüzlərlə məhkuma yeni şans verib ki..." Əfv Komissiyasının üzvü

“Cənab Prezident növbəti dəfə hümanizm nümayiş etdirərək böyük bir qrup məhkumları əfv etdi”. Bu sözləri SİA-ya açıqlamasında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, əfv edilənlərin ümumi sayı 622 nəfərdir: "475 məhkum cəzanın qalan hissəsindən azad edildi. 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Hesab edirəm ki, çox əhəmiyyətli bir sərəncamdır. Mən cənab Prezidentin bu sərəncamını alqışlayıram. Novruz bayramı ərəfəsində on minlərlə insana növbəti dəfə sevinc bəxş edib. Eyni zamanda yüzlərlə məhkuma yeni şans verib ki, məhbuslar bir daha məhkum həyatına qayıtmasınlar. Onlar qanunlara uyğun fəaliyyət göstərsinlər və bu bayram günündə ailələrinin və sevdikləri insanların yanında olsunlar. Cənab Prezidentin məhbuslara bəxş etdiyi bu azadlığı ümid edirəm ki, onlar layiqincə qiymətləndirəcək və özlərinin pozitiv, qanunauyğun hərəkətləri ilə həm sevdiklərini, həm də ətrafdakı insanları sevindirəcəklər".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə