Hafiz Hacıyev: “Kərimov Əli kimi bir cındırın orada olmasındansa, olmaması daha yaxşı idi” EKSKLÜZİV MÖVQE

Hafiz Hacıyev: “Kərimov Əli kimi bir cındırın orada olmasındansa, olmaması daha yaxşı idi” EKSKLÜZİV MÖVQE

Azərbaycanda fəaliyyət göstərən siyasi partiya rəhbərlərinin və ictimai-siyasi şəxslərin işğaldan azad edilmiş ərazilərimizə etdikləri səfərləri yüksək qiymətləndirilməkdədir. Artıq bir sıra partiya sədrləri həmin səfərin təəssüratlarını bölüşür, habelə bunu xalq-dövlət birliyinin təcəssümü olaraq qiymətləndirirlər.

“Bu səfəri çox yüksək səviyyədə dəyərləndiririk. Bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli birlik təcəssümünün göstəricisi idi. Bu, həmçinin 44 günlük müharibədə Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların dəstəyinin nəticəsi idi və həmin partiyalar bundan sonra da ümummilli maraqlar, həmçinin dövlətçiliyimizin möhkəmlənməsi üçün hakimiyyətlə birliklərini nümayiş etdirəcəklər”.

MMP sədri: “Həmin səfərdə 49 partiyanın iştirakı xalqın iştirakı kimi də qiymətləndirilə bilər”

Bu sözləri SİA-ya Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sözügedən mövzu ilə bağlı açıqlamasında bildirib və qeyd edib ki, o və digər partiya sədrləri səfər zamanı bir daha erməni faşistlərinin torpaqlarımıza nə qədər dərin ziyanlar vurduqlarının şahidəri olublar: “Müasir Müsavat Partiyası (MMP) adından cənab Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, o, həmin təşəbbüsü irəli sürüməklə həyata keçirdi. Həmçinin, Administrasiyadakı müvafiq şöbələrə də minnətdarlığımızı çatdırırıq. Baş tutan səfər həmçinin sübut etdi ki, ölkə rəhbəri daim xalqı ilə bir yerdədir və həmin səfərdə 49 partiyanın iştirakı xalqın iştirakı kimi də qiymətləndirilə bilər”.

Partiya sədri bundan sonra dünyaya erməni vəhşiliyini daha geniş şəkildə təqdim ediləcəyini də bildirib: “Artıq biz həm daxilə, həm də xaricə mesaj veririk ki, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi, talana, virana məruz qoyması, qəbirləri dağıtması, mədəni irsimizi məhv etməsi, müqəddəs yerlərimizi təhqir etməsi vəhşilikdir. Qoy dünya dövlətləri də görüsünlər ki, bir çoxlarının müdafiə etdikləri erməni faşistləri 21-ci əsrdə hansı vəhşi əməllərini, terrorlarını, soyqırımlarını həyata keçiriblər. Biz bugünə qədər belə bir möhtəşəm təşəbbüsün şahidi olmamışdıq və səfərin təşklində əziyyət çəkmiş bütün strukturlara öz təşəkkürlərimizi çatdırırıq”.

AXCP sədri və müsavatçı başqan hədəfdə: “Onların ayağı həmin torpaqlara dəyərsə, o torpaqlar murdarlanar”

Qeyd edək ki, sözügedən səfərdə özlərini Azərbaycanın “əsas müxalifət partiyaları” adlandıran iki partiya – Əli Kərimlinin sədri olduğu AXCP, Arif Hacılının başqanlıq etdiyi Müsavat partiyaları iştirak etməyiblər. Onlar səfərlə bağlı heç bir əsas gətirməyərək sübut ediblər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, işğaldan azad edilməsi faktı maraqlarında deyil. Məhz bu faktora toxunan Hafiz Hacıyev adıçəkilən hər iki partiyanı və onun rəhbərlərini sərt şəkildə qınayıb, ittiham edib və hətta ağır ifadələr də ünvanlayıb.

“Qaldı ki, iki partiayaya onlar erməniərdən heç də geri qalmırlar, hətta belə deyərdim ki, AXCP və Müsavat faşist partiyaları kimi bir şeydirlər. Kərimov Əli kimi bir cındırın orada olmasındansa olmaması daha yaxşı idi. Əgər onun ayağı o torpaqlara dəyərsə, həmin torpaqlar murdarlanar.

Müsavat partiyasının başında qeyri-etik bir Arif Hacıyev dayanır. Onun bu günə qədər etdikləri də yalnız düşmən hərəkətləridir. Ümumiyyətlə, onlar hər zaman eyni fikirdə olublar. Qoy xalq da görsün ki, Azərbaycanın dar günündə kimlər dövlətçiliyinin yanında olub, kimlər isə dövlətin siyasətinə qarşı çıxmaqla ermənilərə xas olan xislətlərini gizətməyiblər.”

ASDP sədri Araz Əlizadə: “Əli Kərimli ilə Arif Hacılının boğazlarında qılçıq qalıb”

Xatırladaq ki, ötən gün Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə də SİA-ya açıqlamasında iki müxalifət partiyasını – AXCP-ni və Müsavatı, eləcə də onların rəhbərlərini şərt şəkildə qınayaraq, onların ümummilli maraqları təmin edən siyasət yürütmədiklərini bildirib, habelə qeyd edib ki, əslində, bu adamlar vaxtilə Qarabağın işğalına səbəb olan iqtidarın nümayəndələri olublar. Daha dəqiq desək, torpaqarımızın xəyanətkarlıq yolları ilə satılmasında iştirakı olan hakimiyyəti təmsil etmiş həmin adamlar indi Azərbaycanın qələbəsindən ermənilər qədər narahat olurlar.

Araz Əlizadə bildirib ki, iqtidarın bu təşəbbüsü çox layiqli addımdır və belə bir səfərdə iştirak etmək onda yalnız partiya sədri kimi deyil, həm də Azərbaycan vətəndaşı olaraq qürur doğurur, fərəhləndirir. Lakin istər AXCP sədri Əli Kərimlinin, istərsə də Müsavatın başqanı Arif Hacılının səfərə qatılmamalarından təəccüblənməyə dəyməz. “Bir halda ki, onlar vaxtilə Qarabağ torpaqlarını satıblarsa, indi onların bu torpaqlara gəlmək istəməmələri bu adamların aşkar düşüncələrinin təsdiqidir. Hazırda ermənilər işğal etdikləri əraziləri sarsıdıcı məğlubiyyətə uğrayaraq necə təhvil verməyə məcbur qalıblarsa, Əli Kərimli, Arif Hacılı kimiləri də onlar qədər pəjmürdə olublar. Bu qələbə onların boğazlarında qılçıq kimi ilişib-qalıb”, deyə ASDP-nin sədri qeyd edib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə