Qaqauziya Muxtariyyətinin başqanı səfirlə nəyi müzakirə edib? GÖRÜŞDƏN DETALLI MƏQAMLAR

Qaqauziya Muxtariyyətinin başqanı səfirlə nəyi müzakirə edib? GÖRÜŞDƏN DETALLI MƏQAMLAR

Qaqauziya Muxtariyyətinin başqanı İrina xanım Vlah Azərbaycan Respublikasının Moldovadakı fövqəladə və səlahiyyətli səfiri cənab Qüdsi Dursun oğlu Osmanov ilə görüşüb. SİA-nın verdiyi məlumata görə, Başkan, Çadır-Lunqa şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə inşa edilən Mədəniyyət-Təhsil Mərkəzindəki işin icra mərhələsi və istifadəyə verilməsi şərtləri barədə səfirə məlumat verib.

Mərkəzin açılışı 2021-ci ilin birinci yarısına planlaşdırılır. Qaqauziyanın rəhbəri Mədəniyyət-Təhsil Mərkəzinin Heydər Əliyev adına adlandırılması təşəbbüsü ilə çıxış edib.

Həmçinin görüş zamanı başqan və cənab Qüdsi Osmanov, Muxtariyyət rəhbərlərinin Azərbaycana gözlənilən səfərini və Qəbələ rayonu ilə əməkdaşlıq müqaviləsinin imzalanması planlarını da müzakirə ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə