YAP Qusar rayon təşkilatı Novruz bayramı ərəfəsində "Şəhid ailələrinə qayğı" devizi ilə humanitar aksiyaları davam etdirir. Rayon təşkilatının sədri David İbramxəlilov və sədr müavini, Qusar bələdiyyəsinin sədri Əlfəddin İbrahimov Vətən müharibəsinin şəhidi Qazımətov Rəsul Kəmaləddin oğlunun ailəsini ziyarət etmişdir. Qeyd edək ki, şəhid Rəsul Qazımətov 14 iyun 2001-ci ildə Qusar rayonun Qayakənd kəndində anadan olmuşdur. Azərbaycan Ordusunun əsgəri R.Qazımətov Xocavənd uğrunda gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olub. Müharibədə göstərdiyi fədakarlığa görə R.Qazımətov "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətə görə" medalları ilə təltif olunub. Şəhidin atası Qazımətov Kəmaləddin Mirzəməhəmməd oğlu Əfqanistan müharibəsinin veteranıdır. K.Qazımətov YAP Qusar rayon təşkilatının ilk yaradacılarındandır.O, 1993-cü ilin fevral ayından partiyanın üzvüdür. Səmimi keçən görüşdə təşkilatın nümayəndələri ailənin qayğıları ilə maraqlanmış və onları narahat edən məsələlərə xüsusi diqqətlə yanaşacaqlarını bildirib. Söhbət əsnasında şəhidin valideyni ölkə rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə razılığını bildirdi, oğlunun vətən torpaqlarının azad edilməsi zamanı şəhidlik zirvəsinə ucadılması ilə fəxr etdiyini qeyd etdi.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB