Erməni Moskvada Rusiya Federasiyasının bayrağını təhqir etdi FOTOLAR
Moskvada Ermənistan vətəndaşı Henrix Yeritsyan tərəfindən törədilən olay kameralara həkk olunub. SİA Rusiya teleqram kanallarına istinadən xəbər verir ki, Rusiya paytaxtının Streletsk keçidində yerləşən “Akademiya lda” (Buz Akademiyası) idman komplesksinin qarşısındakı bayraq dirəyindən Rusiya Federasiyasının dövlət bayrağını endirən erməni əlini-qolunu sallaya-sallaya oradan uzaqlaşıb. Sonradan polisin onu saxladığı bildirilsə də, rus ictimai rəyinin sözügedən hadisəyə biganə yanaşmaları təəccüb doğurur. Çünki söhbət bir dövlətin bayrağından gedir və həmin bayrağı Rusiya vətəndaşı deyil, qeyri-ölkənin vətəndaşı aşağı endirir.
Bu zaman sual yaranır: əgər həmin hadisəni azərbaycanlı etsəydi, Rusiyanın bəlli media qurumlarında və sosial şəbəkələrində necə səs-küy qalxardı? Reallıqda isə bunu heç bir azərbaycanlı etməz və belə davranışlar yalnız ermənilərin “tarixi məxsusluqlarına” aiddir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB