Ermənistan parlamenti nə vaxt buraxıla bilər? Edmon Marukyan açıqladı
Ermənistandakı növbədənkənar parlament seçkiləri iyunun 1-dək başa çatmalıdır, bu səbəbdən yaxın 10 gün ərzində parlamentin buraxılması prosesi başlamalıdır. SİA xəbər verir ki, bu sözləri müxalifətdəki "Maariflənmiş Ermənistan" fraksiyasının lideri Edmon Marukyan jurnalistlərə açıqlamasında deyib.
“1 iyundan sonra parlamentdə baş nazir vəzifəsinə namizəd göstərilməyəcəyinə zəmanət verə bilmərik. Konsensusumuz, seçkilərin 1 iyundan əvvəl keçiriləcəyi təqdirdə baş verə bilər”, deyə fraksiya lideri açıqlayıb.
Bu mərhələdə növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə razılığın əldə edilib-edilməməsi barədə suala Marukyan belə bir ehtimalın olduğunu deyib.
“Konsensus ehtimalı var, amma bir fikir birliyi olduğunu deyə bilmərəm. Çünki parlamentdənkənar müxalifət qüvvələrinin yanaşmalarının müzakirə edilməməsini istəməzdim. Parlament qüvvələri arasında konsensus ehtimalı ola bilər, ancaq bunun xaricində də axtarılmalıdır”, deyə Edmon Marukyan bildirib.
Fraksiya rəhbəri ölkədəki hərbi vəziyyətin ləğv edilməli olduğunu vurğulayıb.
"7-8 gün ərzində bütün məsələlərdə ortaq məxrəcə gəlsək, seçkiyə gedə biləcəyimiz üçün hərbi vəziyyətin də götürülməsi lazımdır", deyə o fikirlərini yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB