Naxçıvan nümayəndəliyinin rəhbəri Belarus səfiri ilə görüşüb FOTOLAR
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Belarus Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı yaxın münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə uğurlu əlaqələr, turizm, müdafiə, kənd təsərrüfatı, maşınqayırma sənayesi və bir sıra digər sahələrdə səmərəli əməkdaşlıq imkanları, regional vəziyyət, rəsmi səfərlər və müxtəlif maraqlı mövzularda səmimi müzakirələr aparılıb.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB