Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Şahbulaq qalasını ziyarət ediblər FOTOLAR

Jurnalistlər, QHT rəhbərləri və ictimai fəallar Şahbulaq qalasını ziyarət ediblər FOTOLAR

Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ağdamda Şahbulaq qalasını ziyarət ediblər.

Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə