Media kapitanları Ağdamda erməni vəhşiliklərinin şahidi olublar FOTOLAR
Azərbaycan Prezidentinin tapşırığına əsasən, bir qrup yerli media orqanı və QHT-lərin rəhbərləri, blogerlər və ictimai fəallar işğaldan azad olunan Ağdam rayonunda səfərdədirlər. SİA-nın verdiyi məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Ağdamda I Qarabağ müharibəsi şəhidlərinin qəbiristanlığını ziyarət ediblər və ermənilərin vandal hərəkətlərinin şahidi olublar.
Qeyd edək ki, səfər Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən həyata keçirilir. Media orqanları və QHT-lərin rəhbərlərini, blogerlər və ictimai fəalları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB