Media kapitanları Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olublar FOTOLAR -VİDEO-YENİLƏNİB
Ağdama səfər edən Media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndi ərazisindədirlər. SİA-nın verdiyi məlumata görə, onlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən Azərbaycanın bir qrup media orqanı və QHT rəhbərlərinin, blogerlərin, ictimai fəalların işğaldan azad olunmuş Ağdama səfəri başlayıb. Onları Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Bununla yanaşı, səfərə Ağdam şəhəri ilə, o cümlədən tarixi, mədəniyyət abidələri ilə tanışlıq da daxildir.
Daha sonra Proqram çərçivəsində nümayəndələr Bərdə şəhərinə səfər edərək orada Tərtərçay üzərindəki su kaskadı ilə tanış olacaqlar.
Qeyd edək ki, səfərdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu, "Xalq qəzeti" nin baş redaktoru Həsən Həsənov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camalqızı, "APA" Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı, "Haqqın.az" saytının baş redaktoru Eynulla Fətullayev və digər tanınmış jurnalistlər, eləcə də Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və başqaları iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB