Siyasi dialoq mühiti gücləndirilir ÖZƏL-MÜNASİBƏT

Siyasi dialoq mühiti gücləndirilir ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev fəaliyyətinin bütün dövrlərində qarşılıqlı münasibətlərin yaxşılaşdırılmasının, sülh və əməkdaşlığın, vətəndaş həmrəyliyinin genişləndirilməsinin, ölkədə siyasi dialoq mühitinin gücləndirilməsinin və siyasi sistemin inkişaf etdirilməsinin tərəfdarı olmuşdur. O, Yeni Azərbaycan Partiyasının VII qurultayında da bu məsələlərə böyük önəm verdi və ölkədəki siyasi partiyaların müharibə günlərində birlik nümayiş etdirdiklərini müsbət qiymətləndirdi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri xüsusilə vurğulayıb ki, 6 siyasi partiyanın YAP-a qoşulması ölkədəki siyasi dialoq mühitinin ifadəsidir və ölkə rəhbərinin həyata keçirdiyi siyasi islahatların nəticəsi kimi əhəmiyyətlidir.
“Əlbəttə ki, siyasi dialoq mühitinin gücləndirilməsi həm ölkənin demokratik imici, həm vətəndaşların mənafeyi və aşkarlığın təmin olunması, həm də həmrəyliyin bərqərar edilib bir məqsəd uğrunda mübarizənin genişləndirilməsi baxımından çox əhəmiyyətlidir. Prezident Administrasiyasında yeni yaradılan siyasi partiyalar və qanunvericilik ilə iş şöbəsinin fəaliyyəti bu baxımdan uğurludur və az bir vaxta keçirilən çoxsaylı tədbirlər istər siyasi partiyalar, istərsə də ictimaiyyət tərəfdən yaxşı qarşılanmışdır.
Dialoq mühitin yaxşılaşdırılması sözsüz ki, dövlətin mənafeyinə və milli maraqlara xidmət edir. Milli həmrəyliyimiz üçün bu, önəmlidir, Azərbaycanın demokratik ölkə kimi tanınmasına kömək edir. Belə olan halda ənənələr davam etdirilməli, tədbirlərin sayı artırılmalı, siyasi partiyaların və vətəndaş cəmiyyətlərinin fəallığı yüksəldilməlidir. Bunu Azərbaycanın sürətli inkişafı və dünyaya açıq olması tələb edir”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə