“Kiyevin Krım üzərində nəzarəti bərpa etmək planı "Qərb kuratorlarının təhriki ilə" bir təxribatdır". SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti yanında yarımadanın daimi nümayəndəsi, respublika baş nazirinin müavini Georgi Muradov RİA Novosti-yə açıqlamasında deyib.
Qeyd edək ki, bir qədər əvvəl, Ukrayna xarici işlər naziri Dmitri Kuleba, siyasətin "üç sütunu" olduğunu, bunun sayəsində ölkənin Krımı geri qaytaracağını gözlədiyini bəyan edib. Onun sözlərinə görə, bu, Milli Təhlükəsizlik və Müdafiə Şurası tərəfindən qəbul edilmiş "işğaldan azad etmə" və reinteqrasiya strategiyası, konsolidasiya, yəni bütün tərəfdaşların səylərinə qoşulmaq və sinerji - "beynəlxalq hüququn bərpası" və Kiyevin yarımada üzərində tam suverenliyi məsələsidir.
Muradovun sözlərinə görə isə, Ukraynanın uçurumun kənarına doğru ardıcıl hərəkəti, bu anti-Rusiya təxribatını dəstəkləmək niyyətində olan ölkələrdəki sağlam düşüncəli qüvvələr arasında ən azından narahatlıq yaratmalıdır. Muradov, ona görə də "Rusiya ilə qarşıdurmada iştirak etməyə təşviq edilən" Avropa və Türkiyənin özünü qorumaq hissinə sahib olacağına ümid etdiyini bildirib.
"Bir müddətdir ki, Ukrayna-Rusiya toqquşmalarını qızışdırmaq təcrübəsinin davam etməsi istisna edilmir. Ancaq atəş alovlanmağa başlayanda əminəm ki, Kiyev tək qalacaq və yaratdığı qarışıqlığı özü də aradan qaldıracaq", deyə daimi nümayəndə fikrini yekunlaşdırıb.
Xatırladaq ki, yeddi il əvvəl Krım yarımadada keçirilən referendumdan sonra Rusiyanın bir hissəsi oldu. Amma Ukrayna hələ də həmin ərazini özünə məxsus, lakin müvəqqəti işğal olunmuş ərazi hesab edir. 23 avqust tarixində Kiyev, "Krım Platforması" sammiti təyin etdi, hansı ki, orada bölgənin geri qaytarılması strategiyasının müzakirə edilməsi planlaşdırılırdı. Tədbirə isə Türkiyə, Fransa, Böyük Britaniya, Almaniya, Kanada və ABŞ da dəvət edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB