İşğaldan azad edilmiş torpaqların bərpasında da Azərbaycanın yanında olacağıq Akif Çağatay Kılıç
Hər zaman olduğu kimi, işğaldan azad edilmiş torpaqların bərpasında da Azərbaycanın yanında olacağıq.
SİA-nın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, onlar Azərbaycana dəstək vermək üçün gəliblər: “İşğaldan azad edilmiş bölgələrin bərpası, oradan olan insanların köçürülməsi üçün hər cür dəstəyi verəcəyik”.
Komissiya sədri qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib: “Biz Azərbaycana dəstək olmaq üçün bura gəlmişik. Azərbaycanda Türkiyəyə və Türkiyədən gələn hər kəsə qarşı çox böyük sevgi var. Türkiyədə də azərbaycanlı qardaşlarımıza çox böyük dəstək verirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB