Əli Kərimli sosial şəbəkənin erməni təbliğatçısına çevrilib

Əli Kərimli sosial şəbəkənin erməni təbliğatçısına çevrilib

Yaxud antimilli şuranın liderləri Paşinyanın növbəti üzüdür

Bu gün bu reallıqdır ki, 2020-ci ilin noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasının, Azərbaycanın qələbəsinin rəsmiləşməsinin, Ermənistanın kapitulyasiyasının həmən ardından səsini başına ataraq qələbəmizi kiçiltməyə çalışan, onu “yarımçıq” adlandıran Əli Kərimli yenə də öz çirkin əməllərindən əl çəkmir. Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının Qurultayının uğurulu nailiyyətləri, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduqları bir il müddətində torpaqlarımızın satılması ilə bağlı deyilənlərlə «razılaşmadıqları» ilə bağlı sosial şəbəkələrdə böhtan dolu çıxışları, Azərbaycan dövlətinin işğaldan azad edilmiş regionlarda başlatdığı genişmiqyaslı abadlıq, quruculuq işlərinə kölgə salmaq üçün xarici ermənipərəst mərkəzlərin diktəsi və sifarişi ilə yeni yalan kampaniyasına start verən Əli Kərimli düşmənin tərəfində yer almaqdan usanmır. Çünki bütün aləmi-cahan bilir ki, bu ölkədə trol yaratmaq, onun ordusunu saxlamaq, sosial şəbəkələrdə xoşuna gəlməyənlərə qarşı «hücum əmri» vermək məhz sənin peşəndir, Ə. Kərimli. Çox uzağa getməyə ehtiyac yoxdur. O ki qaldı Ə. Kərimlinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərə kölgə salmaq üçün göstərdiyi cəhdlərə, bunun da hansı xarici maraqların sifarişi ilə edildiyi gün kimi aydındır. Əvvəla, torpaqlarımızı işğaldan azad edən Ordumuz yenə də düşmənin qarşısında sipər kimi dayanıb. Əgər Ermənistan acınacaqlı məğlubiyyətindən nəticə çıxarmasa, o zaman düşmənlərimiz Azərbaycanın «Dəmir yumruğu»nu yenə başları üzərində görəcəklər. Özü də budəfəki zərbə daha ölümcül olacaq. Yəni ki, Əli Kərimli xaricdəki ermənipərəstlərin tezisinə uyğun danışmaqdansa, reallığı görsə, daha yaxşı olardı. Hərçənd ki, radikal düşərgə təmsilçiləri reallıq hissini itiriblər...

Bütün hallarda Əli Kərimli və dağıdıcı düşərgənin digər təmsilçiləri «zehinlərinə» yeritməlidirlər ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycan ərazi bütövlüyünü təmin edib və hazırda işğaldan azad edilmiş regionların çiçəklənməsi, dirçəldilməsi istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb. Bununla bağlı Dövlət proqramları, layihələr işlənir. Bütün bu proses isə planlı şəkildə inkişaf etdirilir. Və hansısa «yan»ların, daha doğrusu, Paşinyan kimilərin sərsəm bəyanatları, yalanları bizi yolumuzdan edə bilməz. Əli Kərimli kimiləri isə, nəhayət ki, bu «yan»ların yandaşları olmaqdan əl çəksələr, yaxşı olar.

Eyni bezin qırağı...

Bəli, bu gün antimilli şuranın “liderləri” - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və bu kimi satqınlar yenə də faşist xislətli Paşinyanı «nümunə» göstərirlər. Təəccübli deyil, çünki eyni bezin qırağıdırlar, zibildilər.

Dövlət başçımız partiyamızın qurultayında dediyi kimi: “Gəlsin desin, öz zibilini yalasın. Ermənistanda adam qalmayıb ki, onu, yəni Paşinyanı lağa qoymasın. Hansısa adlar veriblər, özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq... Bizi əsas vəzifəmizdən çəkindirmək istəyirdilər ki, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsinlər ki, işğal edilmiş torpaqlar ermənilərin əlində əbədi qalsın. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı Ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Azərbaycan tarixində bəlkə də onlar kimi iyrənc insanlar olmayıb”.

Bəli, həqiqətən də Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və bu kimilər insan yox, Paşinyan xislətli zibillərdir, xalqın, dövlətin düşmənidirlər, erməni yalaqlarıdırlar, Qərbə satılanlardır.

Qərbə satılan xəyanət simvolu

Kimdir onlar: insan, yoxsa iblis? Azərbaycan müxalif partiya sədrlərinin, xususilə də AXCP sədri Əli Kərimlinin xəyanət xronologiyasına nəzər salsaq, suallara açıq şəkildə cavab tapmaq olar. AXCP sədri Əli Kərimli bu günədək siyasi fəaliyyəti ilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. O və müttəfiqləri yalançı, qısa ömürlü birliklər yaradaraq pafoslu çıxışlar edir, əslində isə bir-birlərindən xarici pulverənlərə kompromat ötürmək uğrunda mübarizə aparırlar. Hər bir tərəf bu mübarizədə önə çıxmaq barədə düşünür və bu məqsədlə əlindən gələni edir. Sözün açığı, onun siyasi fırıldaqçılıq üsullarına şeytan da həsəd aparar. Bunu uzun müddət Ə.Kərimli ilə bir cəbhədə təmsil olunanlar da bəyan ediblər. AXCP sədri tək öz xalqına, vətəninə deyil, amalına, məsləkinə, dostluğuna, yoldaşlığına qarşı da xəyanət yolu tutub.

ASDP sədri Araz Əlizadə Əli Kərimlini satqınlıqda, xəyanətdə ittiham edərək bildirib ki, «AXCP tarixində Əli Kərimli qədər pozuçuluq fəaliyyəti, Əli Kərimli qədər Elçibəy əleyhinə gedən, bu məsələni təşkilatlanmış, mobil şəkildə təşkil edib, sonunda xəyanət yolu tutan ikinci bir adam olmayıb. Bu, faktdır, tarixdir. Bu, mənim şəxsi mövqeyim deyil. Bu, Əli Kərimlinin fəaliyyətinin nəticəsi və adıdır».

Demokratik Maarifçilik Partiyasının (DMP) sədri Elşən Musayev bildirib ki, Əli Kərimli fəaliyyəti boyu həmişə Qərb üçün alqı-satqı obyekti olub. Onun sözlərinə görə, Əli Kərimli bütün siyasi fəaliyyəti boyunca ancaq satılmaq işinə baxıb: "Əli Kərimli ancaq alqı-satqı cəmiyyəti qurub. Bu şəxsin mahiyyəti və xisləti məhz Qərbə satılmağa köklənib. Əli Kərimlini Azərbaycan daxilində heç kim saymasa da, o, bir çox beynəlxalq təşkilatların, qurumların əlində həmişə oyuncaq olub. Həmişə Azərbaycan dövlətinə qarşı çıxıb. Lakin bunu Azərbaycan hakimiyyətinə qarşı çıxmaq kimi ifadə edib. Bu gün hər şey ortalıqdadır. Artıq seçki dövrünün start götürülməsinə baxmayaraq, bu adam hələ də çayxana söhbətləri edir”.

E.Musayev Gültəkin Hacıbəylinin yazdığı yazıya münasibətində bildirir: “Orada yazılıb ki, Əli Kərimlini satın almaq lazımdır. Bu insan “mübarizə aparmaq” ifadəsi yerinə “satın almaq” ifadəsini işlədir. Yəni bu insanlar ancaq bazar jarqonu ilə danışırlar. Gültəkin Hacıbəyli alınıb-satılmağı gözəl bilən adamdır. Çünki vaxtilə Azərbaycan iqtidarını bizdən daha yaxşı müdafiə edib. Deməli, o, bunu mandata, mövqeyə və statusa sahib olmaq üçün edib. Heç kim zəmanət vermir ki, bu insanlar bir başqa xırda məsələyə görə dövləti və hakimiyyəti getdikləri yolda satmayacaqlar. Gültəkin Hacıbəyli alqı-satqı məsələləri üzrə mütəxəssisdir. Mən özümə borc bilərək ona və cəmiyyətə bu mesajı vermək istəyirəm ki, Əli Kərimli heç kimə lazım deyil. Xüsusilə də iqtidara lazım deyil. Bu gün heç o, beynəlxalq təşkilatlara belə lazım deyil. Çünki bu alqı-satqı obyekti olaraq bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar”.

Antimilli şuranın zibilləri...

Bu gün siyasi dialoqa qarşı çıxan bu antimilli şuranın satqınları yenə də sosial şəbəkələrdə anlamadıqları çıxışlar edirlər. Çünki xain, satqın ünsürlərdən ibarət olan AXCP- “Milli Şura” müharibədən əvvəl və bu gün müharibədən sonra da eyni xislətlərini göstərsələr də siyasi dialoq daha da güclənmişdir. Çünki bu antimilli şura xain, satqın missiyasını icra etməklə, düşmənin dəyirmanına su töküb, ordumuza, işğaldan azad olunan torpaqlarımızda aparılacaq bərpa, quruculuğa qarşı çirkin kampaniya aparmaq istəsələr də, yenə də elə “yan”lar kimi zibilliklərdə eşələnə-eşələnə qalacaqlar. Xalq da bunu bilir və Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova və bu kimilər mütləq cavab verməli olacaqlar – Azərbaycan xalqı və qanunları qarşısında!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə