Qadın deputatlar baş nazirdən təhlükəsizlik zəmanəti tələb edirlər FOTO

Qadın deputatlar baş nazirdən təhlükəsizlik zəmanəti tələb edirlər FOTO

Ermənistan parlamentinin hakim “Mənim addımım” fraksiyasının deputatları Sona Kazaryan, Kristine Poqosyan, Nazeli Baqdasaryan baş nazir Nikol Paşinyana şikayət ediblər ki, vətəndaşlar onlara qarşı aqressivcəsinə davranırlar. SİA erməni KİV-lərinə istinadən xəbər verir ki, qadın deputatlar baş nazirdən həyatlarının təhlükəsizliyinə zəmanət tələb ediblər. Paşinyan isə onlara cavab olaraq hüquq-mühafizə orqanlarına müraciət etməyi və ərizə yazmağı tövsiyə edib.

Qeyd edək ki, daha bir hakimiyyətyönlü deputat Arman Babacanyan ötən gün Rusiyanı Ermənistanın düşməni olaraq təqdim etməsinin ardınca həyatına qarşı hər hansı bir təhlükə yarana biləcəyini bəyan edib və zəmanət istəyib. Hətta erməni teleqram kanallarının yazdıqlarına görə, o Paşinyandan ABŞ səfirliyində sığınacaq da tələb edib. Maraqlıdır ki, ABŞ-ın Ermənistandakı səfirliyi qəti olaraq onun istəyinə rədd cavabı verib. Nəticədə, Paşinyan Babacanyanın təhlükəsizliyini təmin etmək üçün ölkənin kriminal polisinin üç əməkdaşına ayrıca tapşırıq verib və onlar erməni deputatının evi qarşısında post qurublar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə