"6 siyasi partiyanın YAP-a birləşməsi..." DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyamızın Sədri siyasi fəaliyyətimizin yeni reallıqlara uyğun davam etdirilməsində yeni vəzifələr və prioritetlər müəyyənləşdirmişdir. Yəni, YAP-ın fəaliyyətində yeni dönəm başlamışdır. Əvvəlcə qeyd etmək istəyirəm ki, ölkəmizdə aparılan geniş islahatlar YAP-da da öz əksini tapdı. Bu, həm struktur islahatları, həm də İdarə Heyətinin gəncləşdirilməsi ilə yadda qaldı”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, qurultayda partiyamızın Sədri cənab İlham Əliyev YAP Veteranlar Şurasının yaradılması təklifini irəli sürdü və bu təklif qurultay nümayəndələri tərəfindən yekdilliklə qəbul olundu: “YAP-ın yaranmasında Ümummilli Lider Heydər Əliyevin yanında olmuş və bu illər ərzində partiyamızın inkişafına töhfə vermiş şəxslərin xidmətlərini yüksək dəyərləndirərək Veteranlar Şurasına üzv seçdilər. Veteranlar Şurasının üzvləri regionlara səfərlər edəcəklər, gənclərlə görüşlər keçirərək ictimaiyyəti dövlətimizin keçdiyi keçməkeçli yolla və uğurlarımızla bir daha tanış etdirərək gənclərimizdə vətənpərvərlik ruhunun yüksəlməsinə töhfə verəcəklər. YAP İdarə Heyətinin üzvlərinin qarşısında mühüm vəzifələr durur. Bu, ölkədə həmrəyliyin və milli birliyin möhkəmlənməsinə, dövlətimizin müstəqilliyinin sarsılmaz və əbədi olmasında dövlət siyasətinin geniş ictimaiyyətə çatdırılması və təbliğ edilməsində aktiv fəaliyyətə başlanmasını tələb edir. YAP ümumxalq partiyasına çevrilmişdir. Məhz 6 siyasi partiyanın YAP-a birləşməsinə müraciət etməsi və birləşməsi partiyamızın gücünü daha da artıracaq və dövlətimizin uğurlarının davamlı olmasına töhfə verəcəkdir.
Qeyd etmək istəyirəm ki, YAP-ın VII qurultayı qələbəlik ruhunda keçirildi. Xalqımız qalibdir, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Təbii ki, bütün bu uğurlara partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının iqtidarda təmsil olunması ilə nail olmuşuq. Ölkəmizdə və regionda yaranmış yeni reallıqlar partiyamızın fəaliyyətində qarşımızda yeni üfüqlər açır və İdarə Heyətin üzvləri olaraq biz, öz üzərimizə düşən vəzifələri şərəflə və məsuliyyətlə yerinə yetirilməsinə çalışacağıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB