Sabiq daxili işlər naziri, general-leytenant həbs olunub RƏSMİ

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun həbs xəbəri rəsmi təsdiqlənib.

Baş Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildirlib ki, sabiq nazirin həbs edilməsi ilə bağlı yayılan məlumatlar doğrudur.

Xatırladaq ki, Ə.Əhmədovun mənimsəmədə təqsirləndirilərək saxlanılması və onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.

Ə.Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə