ABŞ İran sərhədinə bombardmançılar göndərib Baydendən İrana "daha diqqətli olmaq" tövsiyəsi

Amerika Birləşmiş Ştatları Hava Qüvvələri, iki B-52H Stratofortress strateji bombardmançı təyyarəsini Orta Şərqə göndərib. SİA xəbər verir ki, bu barədə İnterfaks agentliyi Pentaqona istinadən məlumat yayıb.
Məlumata görə, İsrail, Səudiyyə Ərəbistanı və Qətərdən olan döyüşçülərin müşayiəti ilə təyyarələr İranın sərhədlərinə çatıb, daha sonra birdən çevrilib və əks istiqamətə uçub. Bu cür uçuşların mənasızlığına baxmayaraq, ABŞ onları "xarici təcavüzə mane olmaq" kimi əsaslandırır.
Bir qədər əvvəl Ren TV, ABŞ prezidenti Co Baydenin Suriyanı bombalamaq əmrini verdiyini söyləmişdi.
İndiki hadisənin ABŞ-ın İraqdakı Erbil aviabazasının 15 Fevralda atəşə tutulmasına cavab olduğu iddia edilir. Bayden Amerikanın Suriyadakı hücumundan sonra İrana "daha diqqətli olmağı" tövsiyə edib.
“Washington Post”, İraq səlahiyyətlilərinə istinad edərək, bir neçə ölümdən bəhs edir. Bir neçə bina dağıdıldığı bildirilir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...